12:34 11.02.2023 355

"Huner Group" "Turan Tovuz"la sponsorluq müqaviləsi imzaladı

“Turan Tovuz” PFK ilə "Huner Group" arasında tərəfdaşlıq haqqında müqavilə imzalanıb.

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ölkənin inşaat sektorunda qabaqcıl şirkətlərdən hesab olunan "Huner Group" “Turan Tovuz” PFK-nın baş sponsoru qismində çıxış edəcək. Fevralın 11-də Tovuz şəhər stadionunda Futbolun İnkişaf Fondunun (FİF) vasitəçiliyi ilə baş tutan tərəfdaşlıq müqaviləsini “Turan Tovuz” futbol klubunun İdarə Heyətinin sədri Rəşid Məhərrəmov və "Huner Group"un təsisçisi Ehtiram Quliyev imzalayıblar.

Tədbirdə FİF-in icraçı direktoru Tural Piriyev, klubun İdarə Heyətinin üzvləri, əməkdaşları və media nümayəndələri iştirak ediblər. İmzalanma mərasimindən sonra media nümayəndələrinin sualları cavablandırılıb. Bu əməkdaşlıqdan məmnunluğunu dilə gətirən Ehtiram Quliyev bildirib ki, “ölkəmizdə, xüsusilə də bölgələrdə futbolun inkişafına töhfə qatmaq bizim üçün qürurvericidir. İnanırıq ki, bu əməkdaşlıq hər iki tərəf üçün uğurlu olacaq, komandamız tezliklə öz şanlı tarixi günlərinə geri qayıdacaq və ölkəmizi beynəlxalq arenalarda layiqincə təmsil edəcək”.

Qeyd edək ki, xidmət göstərdiyi sahələrdə uğurlu nəticələr əldə edən "Huner Group" özünəməxsus tərzi, fərqli yanaşması və yaradıcı həll təklifləri ilə bugünədək müxtəlif layihələr həyata keçirib. Biznesin fərqli sahələrində xidmət göstərən şirkətlər qrupunun əsas fəaliyyət istiqaməti inşaatdır. "Huner Group" Azərbaycanın ən böyük şəhərsalma layihələrindən biri hesab edilən Bakı Ağ Şəhərdə bir-birindən fərqli dörd yaşayış kompleksini uğurla inşa edib. Şirkət yaratdığı etibarlı və nüfuzlu marka dəyərini qoruyaraq iqtisadiyyatın və sahibkarlığın inkişafında daha böyük miqyaslı işlərə imza atmağı hədəfləyir.
 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
01:58

ÇL:2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

Facebookdan bizi izləməyi unutmayın.
X