00:04 17.02.2023 2889

Azarkeşlər "Tofiq Bəhramov"u doldurmadı - OYUNDANKƏNAR

Sonuncu avrokubok oyununu təxminən üç ay əvvəl elə "Tofiq Bəhramov"da keçirən "Qarabağ" bu dəfə final mərhələsinə çıxdı. Belçika "Gent"i ilə soyuq, şaxtalı axşamda baş tutan 1/16 final matçı ilə bağlı çox şey demək olar. 

* Elə ordan başlamaq olar ki, oyunun başlamasına bir saat qalmışdan ucuz biletlərin satıldığı tribunaların əksəriyyəti dolmuşdu. Mərkəzi 5 sektor isə hakimin final fitinə az qalmış sakinlərini tapdı. Amma yenə də xeyli boş yer qalmışdı.

Azarkeşlərlə bağlı onu da deyək ki, arenadakı yenilik onların işini çətinləşdirmişdi. Ola bilsin, turniketlərin quraşdırılması yenilik olduğu üçün texniki problem yaranmışdı. Hər halda, əksər turniketlərin qarşısında uzun növbə yaranmışdı. Əslində, media nümayəndələriylə bağlı da oxşar çətinlik yaşandı. Biletlərdəki QR kodu elektron yoxlayıcıya oxutmaq bir neçə cəhddə mümkün oldu. 

* 21:10-da azarküşlər bir ağızdan "Şəhidlər ölməz, Vətən bölünməz" şüarı səsləndirdilər. 

* Azərbaycan Gənclər və İdman naziri Fərid Qayıbov adəti üzrə "Qarabağ"a dəstək olmaq üçün oyundan əvvəl komandanın texniki zonasına enmişdi. O, baş məşqçi Qurban Qurbanovla uzun-uzadı söhbətləşdi. 

* Oyundan əvvəl "Tofiq Bəhramov"da Türkiyə və Suriyada baş verən zəlzələ qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anıldı. Əslində, bu iki dəfə yerinə yetirildi. Görünür, hakimin komandaları meydanın mərkəzinə dəvət edəcəyindən xəbərsiz olan diktorun çağırışı ilə stadion bir neçə dəqiqə əvvəl zəlzələ qurbanlarını yad etdi. Hətta futbolçular mərkəz dairəsində dövrə vurub dayananda azarkeşlərin bir çoxu buna hazır olmadı. Zəlzələ qurbanları həm də türk və ərəb dillərində "yanınızdayıq" yazılmış banerlə anıldı. 

* Komandalar meydana çıxanda onların şəkillərini çəkməyə çalışan fotoqraflar arasında keçmiş futbolçu, AZAL-dakı çıxışı ilə tanınan Nuqzar Kvirtiyanı da gördük. Gürcü veteran kamerası ilə futbolçuların meydana daxil olmasını, eləcə də "Qarabağ"ın ehtiyat oyunçular skamyasında əyləşənləri lentə alırdı. O, canlı yayıma qoşulmuşdu. 

* Təxminən bir ay əvvəl Bakıya güclü qar yağmasına, ümumiyyətlə, havaların soyuq və şaxtalı keçməsinə baxmayaraq, Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyü yaxşı vəziyyətdədir. Halbuki, noyabrın 3-də keçirilən "Qarabağ" - "Frayburq" matçında qazon bərbad halda idi. 

Mirağa

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
12:19

"Almaniyanın İspaniyadan öyrənəcəyi çox şey var" - Lotar Matteus

12:01

Qvardiola İtaliya millisinə nə cavab verəcək?

11:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:43

Emin Mahmudov yubiley qolunu vurdu

11:24

AL: "Beşiktaş" danimarkalılarla üz-üzə, Murad Məmmədov "Pafos"da debütünə hazırlaşır

11:05

"Qalatasaray" mərakeşli müdafiəçini istəyir

10:46

Luis Suares Levandovskinin debütünü korladı

10:27

"Karvan-Yevlax" daha iki futbolçu ilə anlaşdı

10:09

Nəriman Axundzadə bu tur nə ilə yadda qaldı? - VİDEO

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

"Zirə"nin Estoniya sınağı

09:00

"Qarabağ" Bolqarıstan təmsilçisi ilə qarşılaşır

01:58

ÇL: 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

Facebookdan bizi izləməyi unutmayın.
X