Apreldə Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək Avropa çempionatının püşkatma mərasimində Azərbaycan milli komandalarının 11 üzvü "səpələnmişlər" səbətində yer ala bilər.
Fanat.Az xəbər verir ki, Dünya Güləş Birliyinin (UWW) reytinqinə əsasən, püşkatma zamanı hər çəkidə dörd ən yaxşı güləşçi "səpələnmiş"lərdə yer alacaq.
Bunlar sərbəst güləşçilər Hacı Əliyev (65 kq), Osman Nurmaqomedov (92 kq), Maqomedxan Maqomedov (97 kq), yunan-Roma güləşçiləri Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq) , Həsrət Cəfərov (67 kq), Ülvi Qənizadə (72 kq), Arif Niftullayev (97 kq), həmçinin qadın güləşçilər Jalə Əliyeva (57 kq) və Elis Manolovadır (65 kq).
Qeyd edək ki, milli komandalarımızın yarış üçün heyəti hələlik açıqlamayıb.