“Çıxışım məni tam qane etmədi”.
Fanat.Az xəbər verir ki, bunu yunan-Roma güləşçisi Xasay Həsənli (77 kq) Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamasında Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında gümüş medal qazanmasına münasibət bildirərkən deyib.
21 yaşlı idmançı finalda qalib gələ bilmədiyi üçün üzüldüyünü söyləyib: “Bura çempion olmağa gəlmişdim, ikinci yeri tutdum. Buna da şükür. 77 kq-da çıxış edənlərin əksəriyyəti müxtəlif yaş qruplarında Avropa və dünya mükafatçılarıdır. Bir-birimizi yaxşı tanıyırı. Finalda səhvlərə yol verdim. Fiziki gücümün rəqibdən zəif olması da rol oynadı. Çatışmazlıqların üzərində işləyəcəyəm. Daha sıx qrafiklə hazırlaşıb, fiziki gücümü artırıb, gələcəkdə daha da uğurlu nəticələr qazanmağa çalışacağam”.
Qeyd edək ki, Xasay Həsənli turnirin finalında moldovalı Aleksandrin Qutuya 3:6 hesabı ilə məğlub olub.