12:42 27.04.2023 530

"Ülvini gözləyirəm" - MÜSAHİBƏ

Yunan-Roma güləşi üzrə Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatının qalibi Həsrət Cəfərovun (67 kq) Fanat.Az-a müsahibəsi

- Həsrət, bu, böyüklərdə ilk Avropa çempionluğundur. "Qızıl"a gedən yolu bir daha xatırlayaq.

- Çətin yarış oldu. Əsas da yarımfinal və final görüşlərim çox gərgin keçdi. Yarımfinaldakı türkiyəli idmançıya keçən il Avropa çempionatının yarımfinalında uduzmuşdum. Bu dəfə ondan revanş aldım. Finaldakı gürcüylə isə indiyədək iki dəfə güləşib udmuşdum. Amma bu dəfə daha yaxşı hazırlaşmışdı deyə, görüş də gərgin alındı. Şükür ki, geridönüş edə bildim.

- Yarışdan öncə hansı sözü vermişdin?

- Mən Gürcüstandakı təlim-məşq toplanışında zədələnmişdim. Onda demişdim ki, bir ayaqla, bir qolla da olsa, çıxıb bu Avropanı udacağam. O dərəcədə iddialı idim.

- Qarşıda dünya çempionatı var. "Qızıl dubl"la bağlı bir sözün varmı?

- Hədəf dünya çempionluğudur. Öncə lisenziyanı qazanıb, sonra çempionluğa baxacağam, inşallah. Amma asan olmayacaq. İrandan və Kubadan çox güclü rəqiblərim var.

- Hazırda ölkə idmanında adın Parisdə olimpiya çempionu olmağa əsas namizədlərdən biri, hətta birincisi kimi çəkilir. Buna münasibətini öyrənək.

- Mən də çox eşidirəm bu barədə. Əlbəttə, çox xoşdur. Bir elə də məsuliyyətlidir. Ancaq bu məsuliyyət mənim gücümə güc qatır.

- Ülvi Qənizadə bizimlə söhbətində Olimpiadaya 67 kiloqramda qatılmaq istədiyini bildirib. Ona nə demək istəyirsən?

- Düzü, özü bizə bu haqda heç nə deməyib. Amma gəlmək istəyirsə, gəlsin. Gözləyirəm onu (gülür).

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 May 2024
23:07

"Xüsusi sevinməyə dəyməz, sonuncu yerdəyik" - Kaxaber Tsxadadze

20:55

MPL: "Səbail" "Qəbələ"yə uduzdu

20:52

"Əminik ki, vəziyyəti dəyişə və finala yüksələ bilərik" - Kilian Mbappe

19:33

İspaniyalı oyunçu "Atletiko" ilə yeni müqavilə bağlamadı - İngilis klubunda oynayacaq

18:45

Fransa futbol tarixinin ən yaxşı müdafiəçisi bilindi - Desayi ikincidir

17:52

"Kocaelispor"un prezidenti Şeydayevi qınadı

17:27

FİFA ilk dəfə futzal millilərinin reytinqini təqdim etdi - Azərbaycanın da mövqeyi bilindi

17:27

Bakı dünyanın "İdman Paytaxtı” seçildi!

17:20

Misli.az ilə “Avro-2024”ün final oyununa səyahət paketi qazan

17:15

Müller "Real"la cavab matçından nə gözləyir?

16:24

İkiqat dünya çempionunun heyətinə həvəskar futbolçu çağırıldı

16:05

"Heç-heçələr bizi xoşbəxt edə bilməz, amma..." - Daniele De Rossi

15:48

Əfsanəvi argentinalı dünyasını dəyişdi

15:30

Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq

15:14

"Karyeramı "Araz-Naxçıvan"da bitirmək istəyirəm"

14:55

"Vest Hem"i ispan mütəxəssis çalışdıracaq

14:26

Useyn Bolt Mbappeni yarışmağa dəvət etdi - Fransız futbolçunun cavabı nə oldu?

14:07

Juninyo gedir, yoxsa qalır? - TƏFSİLAT

13:49

Millinin oyunlarının vaxtı bilindi

13:32

"Səbail" "Qəbələ" ilə oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

13:14

London nəhəngi keçmiş qapıçısını geri qaytarır

12:55

Abdullah Zubir qərarını verib, amma... - SON DURUM

12:36

Kapitanlardan final öncəsi iddialı danışdılar

12:18

Roke "Barselona"dan gedə bilər - AÇIQLAMA

12:00

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:41

"Neftçi" son dəfə 10 il öncə bu vəziyyətə düşmüşdü

11:22

"Sumqayıt" öz rekordunu təkrarladı

11:04

AKAF “Bakı marafonu 2024”-də iştirak edib

10:48

"Qarabağ"dan tarixi rekord

10:30

Erik ten Haq dilemma qarşısında - MY-də zədələnməyən müdafiəçi qalmadı

10:12

Minifutbol: Finalçılar müəyyənləşdi

09:49

Azərbaycanlı futbolçuların heç biri 90 dəqiqə oynamadı

09:25

Zidan "Bayern" söhbətinə nöqtə qoydu: "Onların "Real"la oyununu izləyəcəm"

02:04

"Sevilya" 3 xalı 3 qolla qazandı

01:40

On komandadan yalnız biri 3 xala sevindi

01:01

İPL: "Arsenal" da darmadağınla qazandı, "Mançester Siti" də

00:20

"Bayer" 48-ə darmadağınla çatdı

05 May 2024
23:50

"Qalatasaray" darmadağınla liderliyini möhkəmləndirdi

22:35

"Barselona" Levandovskiyə əvəzləyici tapdı

22:10

"Sabah" bəxt sayəsində qalib gəldi" - Elmar Baxşıyev 

Facebookdan bizi izləməyi unutmayın.
X