19:24 06.05.2023 3782

“5 illik sözləşmə olsa da, gedəcəm” - Rəşad Sadıqov

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 33-cü turunda "Şamaxı"ya qarşı keçirdikləri oyunu şərh edib.

Fanat.Az xəbər verir ki, o, 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Nəticə və oyun bizi sevindirir. Futbolçulardan razı qadım. İlk dəqiqələrdə həyəcan var idi. Dəqiqələr keçdikcə oyun tam nəzarətimizdə oldu. Çox önəmli qələbə qazandıq. Əvvəlki oyunlarla müqayisədə uşaq səhvlərinə yol vermədik. Buna görə də nəticə yaxşı oldu. Şamaxı və Qəbələdə nəfəs almaq çətindir. Bu gün komandanın verdiyi reaksiya məni razı saldı. Çətin səfərdə qələbə qazandıq.

Təbii ki, hazırda "Qəbələ" daha şanslıdır. Bu, "Turan Tovuz"la oyuna kimi də belə idi. Amma son məğlubiyyət vəziyyətimizi çətinləşdirdi. Hər oyunda məsuliyyətli olmalıyıq. Problemləri bilirik. Onları aradan qaldırdıqdan sonra müsbət nəticələr əldə edə bilərik.

Bütün fikrimizi qarşıdakı oyunlara yönləndirmişik. Paralel olaraq da futbolçuları gözdən keçiririk. Amma konkret olaraq kimin gedəcəyi, kimin gələcəyi dəqiq deyil. Həftəiçi rəhbərliklə görüşümüz oldu. Müqavilənin uzadılmağı ilə bağlı yanvarda görüş keçirmişdik. Həmin vaxt özüm istəmişdim ki, bunu yayda danışaq. İndi belə qərar qəbul etdik ki, əməkdaşlığımıza davam edək və daha da keyfiyyətli komanda formalaşdıraq. Mən də istəyirəm ki, Konfrans Liqasına gedək. Bu il Konfrans Liqası şansını kubokun 1/4 finalında əldən vermişdik. Gələn il daha güclü "Zirə" olması üçün əlimizdən gələni edəcəyik. Müddəti danışmadıq. Bizim münasibətimiz elədir ki, müqavilə formal bir şeydir. Əgər getməliyəmsə, 5 illik sözləşmə osla da, gedəcəm. 

Klubun infrastrukturuna gəlincə, ilk gəldiyim gündən bu barədə müzakirələrimiz gedir. Rəhbərlik də istəyir. Amma Bakı komandası üçün çətindir. Yer tapmaq və s... Bugünkü şəraitimiz də pis deyil. Bu, səbəb deyil. "Qəbələ" ilə aşağı-yuxarı eyni şəraitdə hazırlaşırıq. Onlar da Bakıda məşq edirlər. Həlledici məqam kobud səhvlərdən buraxdığımız qollar və dəyərləndirmədiyimiz epizodlardır. Səhv yolda olduğumuzu düşünmürəm. Bu oyunumuzu bir az da artırsaq, nəticələr də yaxşı olacaq. Bizdə oyuna baxmırlar. Oyun bitən kimi tabloya baxırlar. Bu gün futbol camiəmiz belədir. Çox şeylərə fikir verməməyə çalışıram. Ən böyük tənqidçim özüməm. Hər şeyi götür-qoy edirəm”.

 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

21 İyul 2026
23:49

Pep Qvardiola İtaliya millisinin "sükanı arxası"na keçə bilər

23:11

"Arsenal" Qabriel Jesusun qiymətini 20 milyon funta endirdi

22:41

Valdas Dambrauskas "KuPS"la matçdan sonra belə danışdı

22:18

"Qalatasaray" Kristian Pulisiç ilə maraqlanır

21:57

ÇL: "Sabah" Finlandiya çempionunu "əliboş" yola saldı

21:16

Arda Gülər "Real Madrid"də start heyət uğrunda böyük savaşa girir

20:46

"Əl-Hilal" Bastoni üçün 70 milyon təklif edir

Facebookdan bizi izləməyi unutmayın.
X