Azərbaycan cüdoçusu Zelim Kotsoyev dünya çempionatında yarımfinal görüşünə çıxıb.
Fanat.Az xəbər verir ki, 100 kq-da yer alan idmançı finalın bir addımlığında ikiqat olimpiya çempionu Lukaş Krpaleklə (Çexiya) qarşılaşıb.
Görüşün əsas vaxtında hesab açılmayıb. "Qızıl xal" bölümündə qayda pozuntusuna yol verən Azərbaycan təmsilçisi final çıxmaq şansını itirib. O, üçüncü yer uğrunda qarşılaşmada İlia Sulamanidze (Gürcüstan) ilə üz-üzə gələcək.
***
Azərbaycan cüdoçusu Zelim Kotsoyev Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında yarımfinala yüksəlib.
Fanat.Az xəbər verir ki, 100 kq-da yer alan idmançı 1/4 finalda israilli Peter Paltçikə qalib gəlib.
Kotsoyev finala vəsiqə uğrunda ikiqat olimpiya çempionu Lukas Krpaleklə qarşılaşacaq.
***
Bu gün Azərbaycanın daha bir cüdoçusu Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında mübarizəyə başlayıb.
Fanat.Az xəbər verir ki, 100 kq çəki dərəcəsində çıxış edən Zelim Kotsoyev 1/16 final mərhələsində Aleksandr Kukolju (Serbiya), ardınca avstriyalı Aaron Faranı yenib.
Dünya və Avropa çempionatlarının bürünc medalçısı 1/4 finalda israili Peter Paltçik ilə üz-üzə gələcək.
Qeyd edək ki, daha əvvəl kişilərdə Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Orxan Səfərov (66 kq), Hidayət Heydərov (73 kq), Səid Mollayi (81 kq), Murad Fətiyev, Məmmədəl Mehdiyev (90 kq), qadınlarda Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Aydan Vəliyeva (hər ikisi 52 kq) turniri medalsız başa vurublar. Dünya çempionatı mayın 14-də başa çatacaq.