20:08 22.05.2023 462

“Hesab oyuna görə oldu” - Şahin Diniyev

“Səbail”in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın 35-ci turunda qarşılaşdıqları “Turan Tovuz”la oyunu (2:2) şərh edib.

Fanat.Az xəbər verir ki, o, matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Qarşılıqlı hücumlar şəraitində keçən gərgin qarşılaşma izlədik. Tək qolların deyil, qol epizodlarının da sayı kifayət qədər çox idi. Hər iki komanda meydanı 3 xalla tərk edə bilərdi. Standart vəziyyətləri çıxmaq şərti ilə komandam 2 hissə dominant futbol oynadı. Topa nəzarət bizim tərəfimizdə idi. Hücumlar zamanı cinah müdafiəçiləri də irəli atılırdı. Lakin problem o idi ki, bu gün hücumçusuz, iki “10 nömrə” ilə oynayırdıq. Hesabda 2 top fərqi ilə geri düşsək də, komanda xarakter göstərdi, geridönüş edə bildik. “Turan Tovuz” son vaxtlar əla çıxış edir. Qorxduğumuz başımıza gəldi. Standart vəziyyətdən qapımızda erkən qol gördük. Hər iki hissənin ilk 5 dəqiqəsi bizim üçün xətalı oldu. Soyuqqanlılıq çatışmadı, qapıçı və müdafiəçilər düzgün oynamadılar. Lakin ruhdan düşmədik. Məncə, hesab oyuna görədir. Hər iki komanda bu gün qalib də gələ bilərdi, uduza da.  

Ədilxan  Qaraxanov, Nihat Qurbanov kimi futbolçulara demək olar ki, şans verə bilmirəm. Bu, turnir cədvəlində tutduğumuz yerə görədir. Mövqeyimiz komandaya stress yaşadır və bizə də heyətdə rotasiya etməyə imkan vermir. İndiki məqamda əsasən təcrübəlilərə güvənirik ki, nəticə qazanaq. Bu təzyiqlər altında gəncləri çox qabağa çəkə bilmirəm. Təbii ki, vəziyyətimiz başqa cür olsaydı, gənclərə də şans verərdim.

Heç vaxt qərar verməyə tələsmək lazım deyil. İnsan gərək dediyi sözün arxasında dura. Uşaq deyilik. Mən də "heç vaxt heç vaxt demə" psinsipi ilə işləyən insanam. Sabah nə olacağını bilmirəm. Təbii ki, ilk növbədə məqsəd Premyer Liqada qalmaqdır. Yox, bu baş verməsə, hansı addım atacağımı bilmirəm. Hələ bu barədə düşünməmişəm.

“Şamaxı” - “Qəbələ” oyununun heç-heçə bitməsi barədə xəbər gəldi. Bundan sonra risk etmədik. Əgər “Şamaxı” qalib gəlsəydi, son dəqiqələrdə risk edib, üçüncü qolu vurmağa çalışacaqdıq. Amma həmin görüş qolsuz bitdiyindən sonda heç-heçəni qorumağa çalışdıq. Hətta qol vurmaq üçün irəli atılan mərkəzi müdafiəçilərini də geri çağırdım. İndiki halda hər komandanın heç-heçə etməsi bizə nisbətən sərf edir. Bu halda son turda “Şamaxı” ilə görüşdə bizə 1 xal da bəs edəcək”. 

Diniyev qeyd edib ki, 17 tur ərzində VAR-da komandasının lehinə qərar qəbul edilməyib: “17 turda bəlkə 12-14 dəfə bizim oyunlarda VAR-a baxılıb və heç bir halda bizim lehimizə olan yekun qərar qəbul edilməyib. Ona görə də bugünkü matçda hakim VAR-a gedəndə heç epizoda baxmadım. Bilirdim ki, bizim xeyrimizə olacaq qərar qəbul olunmayacaq. Sanki VAR bizim üçün lənətlənib. Burda söhbət qərarın səhv, ya düz olmasından getmir. Əleyhimizə olan səhv qərarlar çoxdur. Bununla bağlı xeyli epizod var”.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
01:58

ÇL:2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

Facebookdan bizi izləməyi unutmayın.
X