19:52 09.08.2023 748

“Gücümüz varsa, narahatlığa gərək yoxdur - Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının 3-cü təsnifat mərhələsinin HJK ilə cavab qarşılaşmaşından öncə mətbuat konfransında iştirak edib.

Fanat.Az xəbər verir ki, o, oyun öncəsi öz fikirlərini bölüşüb:

"Hazırlığımız pis keçməyib. Futbolçuların durumu yaxşıdır. Hamımız ciddi şəkildə oyuna hazırlaşırıq. Çalışacağıq ki, meydanda əlimizdən gələni edək".

Təcrübəli çalışdırıcının sözlərinə görə, ardıcıl 2 uğursuz oyundan sonra komandada gərginlik ola bilər: "Amma biz peşəkarıq, belə hallarla üzləşmişik. İllərdir, bu yolla gəlirik. Narahatlığım yoxdur. Bilsəm ki, komandam oyununu itirib, gücü yoxdur, o zaman narahat olaram. Yox, biz heç bir rəqibdən çəkinmiriksə, onlara qalib gəlmək gücündə olduğumuzu biliriksə, narahatlığa nə gərək var? Amma hər məğlubiyyətdən, düşünmədiyimiz hesablardan sonra gərginlik hiss olunur. Sabah yaxşı oyun göstərmək istəyirik. Bəlkə sürət, dinamika istədiyimiz kimi olmayacaq. Amma 90 dəqiqə meydandakı oyuna köklənib, səhvlərdən uzaq olmaq istəyirik".

Qurbanov rəqiblə də bağlı fikirlərini bölüşüb: "Bu komandanın təhlükəli və sürətli oyunçuları var. Xüsusilə müdafiə xəttini fərqləndirərdim. Amma indi rəqibin güclü, yaxud zəif tərəflərini desəm, düzgün çıxmaz. Sadəcə, çox yaxşı müdafiə olunurlar. "Rakuv"un oyun üslubuna yaxın futbol sərgiləyirlər. Buna diqqət etməliyik".

O, yenidən Tofiq Bəhramov adına Respublika stadionunda avrokubok oyunu keçirmələrinə də toxunub: "Əvvəl də demişdim ki, bizim üçün Bakının hər yeri doğmadır. Əlbəttə, mərkəzi arena bizə daha yaxşı tanışdır. Çoxdandır, orada oynamırıq. Hər bir halda stadionun durumu yaxşı idi, pis deyildi. Məşqimizi etmişik. İnanıram ki, bu məqamın faydası olacaq".

Baş məşqçi 2 il əvvəl HJK-nın "Neftçi"ni Avropa Liqasından kənarlaşdırmasının hazırda ciddi əhəmiyyət kəsb etmədiyini vurğulayıb: "Keçmişə çox da baxmırıq. Bu gün futbol elə səviyyəyə gəlib ki, ildən-ilə dəyişikliklər olur. Rəqibin hazırkı durumu ilə yaxından tanış olmağa çalışdıq. Hər komandanın təcrübəsi artır. Düşüncəmiz sırf bugünkü rəqiblə bağlıdır".

O, heyətlə bağlı ciddi problemlərin olmadığını əlavə edib: "Futbolçuların durumu pis deyil. Ciddi problemi olan oyunçu yoxdur. Yalnız Marko Veşoviçlə Abbas Hüseynov zədəlidir. Son çempionat oyunundan sonra bəzi futbolçularda mikrozədələr var. Lakin bunun sabahkı oyuna mane olacağını düşünmürəm. Heyətdə ciddi dəyişiklik gözlənilmir".

Qurbanov Çempionlar Liqasında Polşa "Rakuv"una, Premyer Liqada isə "Zirə"yə məğlubiyyətindən sonra tənqidlərə məruz qalmasına da münasibət bildirib: "Ölkəmi çox sevirəm. Biz hamımız bu Vətənin övladlarıyıq. Narazılıq, etiraz edirlərsə, bunu övlad kimi düzgün qəbul edirik. Biz də Vətən üçün çalışırıq. Bacardığımızdan da artığını etməliyik ki, bizim ölkəmizə, xalqımıza az da olsa, faydamız dəysin. Bunu hər zaman şərəflə yerinə yetirməyə çalışmışam. Sırf bu məsələ haqqında çox da fikir bildirmək istəmirəm. Normal haldır. Mən azərbaycanlıları və Vətənimi çox sevirəm".

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

Facebookdan bizi izləməyi unutmayın.
X