17:11 13.10.2023 617

"Matçlar bu düşüncələri darmadağın etdi" - Vadim Abdullayev

"Hər zaman deyirəm ki, biz meydanda maksimumu edək, nəticəni Allah verəcək. Dildə yox, əməldə rəqibdən istəkli olmalıyıq".

Fanat.Az xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın futbolçusu Vadim Abdullayev klubun rəsmi saytına müsahibəsində deyib.

29 yaşlı yarımmüdafiəçi ilk dövrədəki çıxışlarını dəyərləndirib: "14 xal topladıq, hesabımızdakı xalların sayı çox da ola bilərdi. Mövsümün startına az vaxt qalmış toplaşsaq da, oyunumuz və nəticələrimiz ilə diqqətləri cəlb edə bildik. Komandanın necə çıxış edəcəyi əksəriyyət üçün maraqlı idi. Autsayderlər sırasında öncüllərdən hesab olunurduq. Ancaq matçlar bu düşüncələri darmadağı etdi. Qeyd etdiyim kimi, xoş təəssürat yaratdıq. Bunun üçün də hər görüşdə əlimizdən gələnin ən yaxşısını etdik. Oyundan-oyuna artırdıq, nəticələrimiz də müsbət qrafik üzrə hərəkət etdi. Fikrimi yekunlaşdırım, I dövrə bizim üçün yaxşı keçdi".

Abdullayev baş məşqçi Azər Bağırovun onlardan bütün oyunlarda maksimum xal toplamağı istədiyini söyləyib: "Rəqibin gücünə görə xal tələbi dəyişmirdi. Meydana çıxmışıqsa, udmalıyıq. Ancaq elə matçlar oldu ki, 90 dəqiqə ərzində aşkar üstünlük bizdə olsa da, bunu hesaba daşıya bilmədik. “Səbail”lə görüşə görə çox təəssüflənirəm. Xüsusilə də birinci hissədə oyuna tam nəzarət bizdə idi, azı 3 real qol epizodunu qaçırdıq. Əvəzində matçın sonuna yaxın məğlub duruma düşdük".

O, turnir cədvəlindəki mövqelərini qoruya biləcəklərini deyib: "Buna ümidimiz böyükdür. Dürüst olsaq, məşqlərdə verilən tapşırıqları oyunlarda icra edə bilsək, niyə də mümkün olmasın? Biz düzgün hərəkət etsək, nəticələrimiz də yaxşılaşacaq".

Yarımmüdafiəçi X turda üz-üzə gələcəkləri "Qəbələ" ilə matça da toxunub: "Baş məşqçi oyun ərəfəsində tapşırıqlarını verəcək. Ancaq meydana çıxırıqsa, rəqibin kimliyindən asılı olmayaraq, qələbə qazanmalıyıq. Əvvəlki görüş kifayət qədər ağır keçdi. “Sabah” bu gün Premyer Liqada ən güclü heyətə malik, yaxşı futbolçulardan qurulmuş 2-3 klubdan biridir. Keyfiyyətli oyunçular olan yerdə ustalıq hər an sözünü deyir. Belə komandalar öz meydanında hesabda geri düşəndə daha təhlükəli olurlar".

Qeyd edək ki, "Araz-Naxçıvan" 9 turdan sonra 14 xalla 4-cü pillədə qərarlaşıb.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
01:58

ÇL:2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

Facebookdan bizi izləməyi unutmayın.
X