13:40 25.12.2023 689

36 ildən sonra Xankəndiyə qayıdış

2023-cü il həm də Azərbaycan futbolunun Xankəndiyə qayıdışı ilə əlamətdar oldu.
Əvvəlcə tarixə ekskursla başlayıb qeyd edək ki, sovet dövründə burada da “Qarabağ” adlı komanda fəaliyyət göstərib, SSRİ çempionatının 2-ci liqasında çıxış edib. Ən böyük uğuruna 1979-cu ildə öz zonasında üçüncü yeri tutmaqla imza atıb, özü də azərbaycanlı məşqçi Əli Əbilzadənin rəhbərliyilə: 1-ci liqaya yüksələn Gürcüstan “Quriya”sından da cəmi üç xal geri qalıb.

1988-ci ildən o komandanın de-fakto Azərbaycanla bütün əlaqələri kəsilib. Bizim komandalarla qarşılaşmasın deyə, əsasən, Qafqaz təmsilçilərinin yer aldığı 9-cu zonadan uzaqlaşdırılıb, hətta 1990-1991-ci illərdə ikinci liqanın Ermənistan zonasında yarışıb.

Ermənilərin Qarabağda qanunsuz ərazi iddiaları ilə başlayan məlum hadisələrdən əvvəl 1987-ci ildə isə Xankəndidə Azərbaycanın digər komandalarından Gəncə “Kəpəz”i, Sumqayıt “Şəfəq”i, Mingəçevir “Avtomobilçi”si və son olaraq sentyabrın 15-də Qazax “Göyəzən”i çıxış edib…

Nəhayət, Azərbaycan futbolçularının yenidən Xankəndi stadionunun meydanına çıxmaları 36 ildən çox çəkən fasilədən sonra reallaşdı.  
Ölkə Prezidenti İlham Əliyevin də izlədiyi və topa ilk zərbəni vurduğu oyunda Ağdam “Qarabağ”ı 90+5-ci dəqiqədə Nəriman Axundzadənin qolu ilə aşağı liqa təmsilçisi MOİK-ə 1:0 hesabı ilə qalib gələrək Azərbaycan kubokunda 1/4 finala yüksəldi.

...Bu ilin sentyabr ayında antiterror tədbirləri nəticəsində Xankəndi işğaldan azad olunduqdan sonra artıq oktyabrda “Qarabağ”ın hazırkı futbol mövsümündə bəzi ev oyunlarını bu şəhərdə keçirə biləcəyi ilə bağlı xəbərlər yayılmağa başladı. Elə o vaxtdan Xankəndi şəhər stadionunda təmir-bərpa işlərinə start verildi. Noyabrın 15-də isə “Qarabağ”ın ölkə kubokunda oyununu sözügedən arenada keçirəcəyi barədə məlumat yayıldı. Nəhayət, dekabrın 21-də Gənclər və İdman Nazirliyi, PFL və Bakı Şəhər Halqasının təşkilatçılığı ilə tarixi hadisə reallaşdı.
 
Maraqlıdır ki, rəsmi məlumata əsasən, 4590 tamaşaçının canlı izlədiyi bu qarşılaşmanın hakim-inspektoru da tarixi sima – Xankəndi “Qarabağ”ında oynamış sonuncu azərbaycanlı Munis Abdullayev idi. 1987-ci ildə iyirmi iki yaşı olan həmyerlimiz o vaxt komandanın 30 oyununun hamısında çıxış edib, iki qol da vurmuş, Xankəndidə sonuncu dəfə 1987-ci il oktyabrın 5-də meydana çıxmışdı...

2024-cü ildə Xankəndinin futbol və digər idman yarışlarına daha tez-tez ev sahibliyi edəcəyi gözlənilir. 
Azərbaycan kubokunun dörddəbir və yarımfinal mərhələlərində komandalar artıq iki dəfə - evdə və səfərdə qarşılaşacaqlar. “Qarabağ”ın gələn il kubokda növbəti ev oyunlarının (fevralın 6 və ya 7-də “Sabah”la qarşılaşmalıdır), həmçinin iyunun 2-nə təyin edilən final qarşılaşmasının Xankəndidə keçiriləcəyi də istisna edilmir.
Azərbaycan ordusunu təmsil edən MOİK komandası da Premyer Liqaya yüksələcəyi təqdirdə 2024/25 mövsümündən Xankəndiyə köçərək ev oyunlarını orada keçirə bilər.
2024-cü ilin fevralında ilk dəfə UEFA Avropa Liqasında qrupdan sonrakı pley-off mərhələsində çıxış edəcək “Qarabağ” – eləcə də Azərbaycan futbolu – üçün növbəti tarixi hadisə isə sonuncu dəfə 12 may 1993-cü ildə oynadığı dogma Ağdamda yenidən inşa ediləcək “İmarət”ə qayıdış olacaq.

Rasim Mövsümzadə

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

01 Avqust 2026
09:00

Nuriyevin komandası liderliyə yüksəldi

08:22

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

31 İyul 2026
23:52

"Real Madrid" Mastantuono üçün planını müəyyənləşdirdi

23:21

"Şamaxı" mərakeşli yarımmüdafiəçi ilə gücləndi

22:48

Premyer Liqadan EFL-ə nəhəng maliyyə paketi

22:19

Qapıçı axtarışında olan "Mançester Siti"nin yeni hədəfi

21:33

"Turan Tovuz" Türkiyə təmsilçisini məğlub etdi

21:15

"Şəfa" "Araz-Naxçıvan"ı məğlub etdi

20:48

Hökümət keçmiş baş məşqçinin maaşını ödəməkdən imtina etdi

20:20

“APL Fantasy” layihəsinin təqdimat mərasimi keçirilib

19:55

"Nyukasl"da gözlənilməz baş məşqçi dəyişikliyi

19:27

Arne Slot "Əl-Əhli"nin radarlarında

18:43

"Beşiktaş"ın yeni transferindən nümunəvi addım

18:05

"Arsenal" "Nyukasl"ın yaımmüdafiəçisi ilə anlaşmağa yaxındır

17:51

"Rəqib nə özü oynayırdı, nə də "Qarabağ"a oynamaq imkanı verirdi" - Aslan Kərimov

17:38

"Klubun infrastrukturu məndə çox xoş təəssürat yaratdı" - "Kəpəz"in yeni hücumçusu

17:20

Azərbaycan telekanalları növbəti mövsüm hansı liqaları yayımlayacaqlar?

17:01

"Düzü, bunu yalnız bəxtdən başqa heç bir şeylə əlaqələndirə bilmirəm"

16:43

Elman Sultanov bu komandanın baş məşqçisi ola bilər

16:24

Ayxan Abbasov sabiq komandasının məğlubiyyətinə şahid oldu - FOTO

16:05

Aslan Kərimov: "Hücum xəttində o aqressivliyi görə bilmədik"

15:47

FİFA-da parçalanma: İnfantinonun baş müşaviri istefa verdi

15:29

"Şəfa"nın zədəlisi sıraya döndü

15:11

Avrokuboka yarı qüvvə ilə davam: Ötən il 3-cü mərhələdə 3 komandamız var idi

14:53

Əliyar Ağayev UEFA Avropa Liqasının matçına təyinat aldı

14:35

"Real Madrid" Rodri ilə danışıqlara ara verdi

14:13

"Quba"nın hansı bölgəni təmsil edəcəyi bilindi

13:55

"Real Madrid"in yarımmüdafiəçisi İtaliya klubuna keçir

13:27

"Qaradağ Lökbatan"ın büdcəsi azaldılır

13:09

Azərbaycan futbolunda "Fantasy" dövrü başladı

12:49

"Mançester Yunayted" portuqaliyalı vingerə elçi düşdü

12:31

"Qalatasaray" Rafael Leau transferində müsbət sonluğa yaxınlaşır

12:09

"Turan Tovuz" Türkiyədə 3-cü sınağına çıxır

11:50

"Milan"ın əfsanəsi vəfat etdi

11:24

"Sabah"ın müdafiəçisi Ukrayna klubuna keçir

11:03

Con Stounz karyerasında ilk dəfə İngiltərədən kənarda oynayacaq - RƏSMİ

10:29

Dünya futbolunda böhran: KONKAKAF da FİFA-ya qarşı çıxdı

10:07

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:48

Dünya çempionatı: 5-ci gündə 5 sərbəst güləşçi mübarizə aparacaq

09:26

"Real Madrid" yeni hücumçu transferini rəsmən açıqladı

Facebookdan bizi izləməyi unutmayın.
X