
"Kəpəz"dən ayrılan Azər Məmmədovun yeni iş yeri bəlli olub.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, "Səbail"də çalışacaq.
Sözügedən mütəxəssisin baş məşqçi Şahin Diniyevin köməkçisi təyin edildiyi açıqlanıb.
Xatırladaq ki, ötən ilin noyabrında "Kəpəz"dən ayrılan Məmmədov 2022-ci ildən 2023-cü yayına qədər məhz "Səbail"də işləyib.