
“Səbail” klubunu 2024-cü ildə ilk transferini reallaşdırıb.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "dənizçilər" son olaraq, Portuqaliyanın 2-ci divizion təmsilçisi “Mafra”da çıxış etmiş Madi Quetanı heyətinə qatıb.

“Portu”nun yetirməsi olan, karyerası ərzində “Farense”, “Çerno More” və “Vilafranquense” klublarının formasını geyinmiş 25 yaşlı cinah yarımmüdafiəçisi ilə 1,5 illik müqavilə imzalanıb.
Portuqaliyanın U-15, U-16, U-17, U-18, U-19 və U-20 millilərinin şərəfini qorumuş Madi Queta həmçinin, Qvineya-Bissau yığmasının üzvüdür.
Qeyd edək ki, Madi Quetanın "Səbail"lə anlaşdığını eksklüziv olaraq Fanat.Az xəbər vermişdi.