
“Səbail”lə 1,5 illik müqavilə bağlayan Madi Queta nömrə seçimini edib.
Fanat.Az xəbər verir ki, məlumatı "dənizçilər"in mətbuat xidməti yayıb.
Qvineya-Bissau yığmasının üzvü olan vinger Bakı təmsilçisində 7 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Queta son olaraq Portuqaliyanın II divizion təmsilçisi “Mafra”da çıxış edib. “Portu”nun yetirməsi olan 25 yaşlı futbolçu Portuqaliyanın U-15, U-16, U-17, U-18, U-19 və U-20 millilərinin şərəfini qoruyib. o, 2022-ci ildən Qvineya-Bissau yığmasına çağırılır.