
Misli Premyer Liqasının 21-ci turunun “Qəbələ” – “Zirə” oyunundan (1:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.
Fanat.Az sizi 43 yaşlı mütəxəssisin fikirləri ilə tanış edir:
"Maraqlı oyuna şahidlik etdik. Hər iki tərəf yaxşı mübarizə apardı. Zədələrlə bağlı sıxıntı yaşayırdıq. Meydana çıxan oyunçular zədəlilərin yoxluğunu hiss etdirməməyə çalışdılar.
Bauk millidə zədə almışdı. Bugünkü oyuna çıxmağı belə risk idi. Sağ olsun ki, komandanın çətin durumunda meydana çıxıb kömək etmək istədi. Amma yenə xəsarət aldı. Düşünürəm ki, zədəsi ciddi deyil. Sadəcə, özünü qoruyub zədəsini ağırlaşdırmaq istəmədiyi üçün əvəzlənməsini istədi".