14:12 09.07.2024 918

"Şerif"lə ilk oyuna xüsusi hazırlaşmışıq" - Rəşad Sadıqov

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Avropa Liqasının I təsnifat mərhələsində Moldovanın “Şerif” klubu ilə keçiriləcək səfər oyunu öncəsi müsahibə verib.

Fanat.Az həmin müsahibəni təqdim edir: 

- "Şerif"lə səfər oyununa komandanızın hazırlığı necə keçdi?

- Komandanın hazırlıq prosesi normal keçib. Avropa Liqasının oyunlarına erkən - birinci mərhələdən başlayırıq. Bu da müəyyən dərəcə çətinlik yaradır. İmkan daxilində çalışırıq ki, oyuna tam hazır olaq. Təbii olaraq, idman formasını tam yığa bilməmişik, lakin var gücümüzlə çalışacağıq ki, rəqibə layiqli müqavimət göstərək.

- “Zirə”nin heyətinə yeni futbolçular cəlb edilib və gedənlər də olub. Qısa zamanda yeni komandanın formalaşması prosesi sizi qane edirmi?

- Yeni futbolçuların komandaya uyğunlaşması ilə bağlı hər hansı sıxıntımız yoxdur. Çünki transferlərimizin çoxu daxili çempionatda oynayan futbolçulardır. Ona görə də çempionatımıza, komandamıza yaxşı bələddirlər. Bu baxımdan ciddi sıxıntımız yoxdur. Anje Mutsinzi də sıralarmıza yeni qoşulub. O da sanki özünü neçə ildir “Zirə” komandasında oynadığı kimi hiss edir. Bu amil də yaxşı tərəfdən bizi sevindirir. Təbii ki, futbolçuların oyun planında komandaya tam uyğunlaşması ilə bağlı vaxta ehtiyac olacaq. Ancaq ümid edirəm ki, futbolçular adaptasiya dövrünü qısa zamanda keçə biləcəklər.

- “Şerif”lə oyunöncəsi komandada əhval-ruhiyyə necədir?

- Komandanın düşərgəsində əhvali-ruhiyyə yüksəkdir. Futbolçular böyük həvəslə oyuna hazırlaşırlar. Hiss edirəm ki, səbirsizliklə oyunu gözləyirlər. Ən vacibi, soyuqqanlı qalıb, məşqlərdə, oyunlarda, çempionatda etdiklərimizi iyulun 11-də “Şerif”lə ilk səfər oyununda göstərməkdir. Mən futbolçularıma inanıram.

- İlk oyundan gözləntilərinizi bilmək istərdik...

- İlk oyun hər iki komanda üçün müəyyən problem yarada bilər. Çünki bir-birimizə yaxşı bələd deyilik. Xüsusilə də “Şerif”lə müqayisədə biz rəqibi tanımaq baxımından daha çox problem yaşayırıq. Moldova klubunun heyətində yeni transferlər, dəyişikliklər var. O üzdən də birinci oyuna xüsusi hazırlaşmışıq. Komanda meydanda rəqibə, onun oyun üslubuna tez bir zamanda uyğunlaşmalıdır. Gözləntim odur ki, Bakıya yaxşı nəticə ilə dönək (azertag.az).

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X