16:10 12.07.2024 1771

"Şerif" bir həftə sonra daha yaxşı oynayacaq" - Aslan Kərimov "Zirə"nin şanslarını dəyərləndirdi

UEFA Avropa Liqasında ölkəmizi təmsil edən "Zirə" Moldova "Şerif"i ilə sınaqdan üzüağ çıxmağı bacardı. Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda güclü rəqiblə səfərdə oynamasına baxmayaraq, Tiraspoldan minimal hesablı (1:0) qalibiyyətlə dönməyi bacardı. Baxmayaraq ki, oyun elə də asan keçmədi.
"Şerif"lə cavab qarşılaşması 18 iyulda, saat 20:00-da Mərdəkanda baş tutacaq.   

Tanınmış futbol mütəxəssisi, Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Aslan Kərimovla əlaqə saxlayıb "Zirə"nin mərhələ adlamaq şanslarını dəyərləndirməsini istədik. 

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Uzun fasilədən sonra keçirilən ilk oyunlara xas olan bir matç izlədik. Hər iki komandanın ifasında startda ehtiyatlı oyun, top itkiləri, futbolçuların bir-birini tam başa düşməməsi spesifik haldır. Eyni zamanda, baş məşqçilər də taktiki gedişlər edərək bir-birilərini tanımağa çalışırdılar. Əslində, "Şerif" çox güclü komandadır. Heyətində səviyyəli oyunçular var. Sürətli legionerləri var. Rəşad Sadıqovun seçdiyi strategiya uyğun, əlverişli idi. Rəqib meydanında çıxış etdikləri üçün bir az geridən oynamağa başladılar. Əks-hücumlar qurmağa çalışırdılar və bu vəziyyətdən bir neçə qol imkanları oldu. Düzdür, bəzi oyunçuların performansı o qədər də ürək açmadı. Məsələn, Ceyhun Nuriyev ilk yarıda özünü yaxşı tərəfdən göstərə bilmədi. Qol epizodlarına çıxırdı, amma tez-tez top itirirdi. Belədə, Rəşad Sadıqov onu əvəzləməyi lazım bildi. 
İkinci hissədə təşəbbüsə yiyələnən "Zirə" matçın sonlarında əldə etdiyi qol şansını qola çevirə bildi. Baxmayaraq ki, oyunun sonlarında "Şerif" fiziki cəhətdən "Zirə"ni bir qədər üstələməyi bacarmışdı. Amma təmsilçimiz müdafiədə çox yaxşı oynadı. 
İkinci oyun çox çətin olacaq. 1:0-lıq qalibiyyət hələ heç nə demək deyil. "Şerif" komplektləşmiş komandadır. Ola bilsin, yeni oyunçuları hələ ümumi ansambla uyğunlaşmayıb. Əminəm ki, bir həftə sonra daha yaxşı oyun sərgiləyəcəklər. İlk oyunun nəticəsinə baxmayaraq, mərhələ adlamaq şansları 50-nin 50-yədir. İnanıram ki, komandamız meydan amilindən yararlanıb minimal üstünlüyünü sona qədər davam etdirəcək və mərhələni adlayan tərəf olacaq. Növbəti oyunu səbirsizliklə gözləyirik". 

Mirağa

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X