23:56 11.08.2024 476

"Sabah" da qələbə qazana bilərdi" - Rəşad Sadıqov

"Zirə" Misli Premyer Liqasının 2-ci turunda səfərdə "Sabah"ı 2:0 hesabı ilə məğlub edib.

Fanat.Az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Hər iki komandanın futbolçularına təşəkkür etmək istəyirəm. Ağır səfər matçından sonra iki komanda da sona qədər əzmkar mübarizə apardı. "Sabah" da qələbə qazana bilərdi. Sadəcə, biz yararlandıq epizodlardan və qalib gəldik. "Sabah"a qarşı səfərdə oynamaq çox çətindir. Şükür Allaha vacib üç xal qazandıq.

- Bu qələbə "Osiyek"lə oyunqabağı əlavə stimul olacaq? Heyətiniz yetərlidir?

- İki cəbhə planı cızmırıq. Qarşıda bizi Konfrans Liqasının vacib matçı gözləyir. Hər iki komandanın şansları bərabərdir. Transferlərin iki cəbhə ilə əlaqəsi yoxdur. Heyətin tamamlanması ilə bağlı transfer etmişik. Olsa, bir transfer olacaq. Olmasa da, əlimizdə yetərincə yaxşı futbolçular var.

- Bu günlərdə Eldar Quliyev milliləşdirmə ilə bağlı mətbuata açıqlama verib. Deyib ki, Azərbaycan pasportu nəyimə lazımdır?Onunla söhbətiniz olub?

- Xeyli söhbətimiz olub. Ukraynada doğulub, özünü oranın vətəndaşı kimi görür. İstəyir ki, Ukrayna millisinə düşsün. Bu, məni sevindirir. Asan deyil. Rəqabət aparır. Şansı da var. Amma soyuq və sərt cavab veribsə, yanlışlığa yol verib. İstəyərəm ki, Eldarı millimizdə görüm. Olmursa da, seçimi Ukrayna yığmasıdırsa, anlayışla qarşılayırıq. 

- Rüstəm Əhmədzadənin performansından razısınız?

- Rüstəmin oyunundan son dönəmlərdə razıyam. Yaxşı forma əldə etmişdi. Yanvardan sonra zədələndi. Meydanlara üç aya qayıtdı. Təcrübəli fizioterapevt deyirdi ki, belə əzələ zədəsi görməmişəm. Ağır zədə olsa da, döndü. Sırf "Osiyek"lə matça qızdırma ilə çıxmışdı. Salifu Suma cəzalı idi, Rafael Utsiqin ağrıları var idi. Rüstəm yaxşı mübarizə apardı. "Səbail", "DAK 1904" komandaları ilə oyunlarda möhtəşəm oynadı. Bugünkü matçda çox futbolçuda top itkiləri var idi. Meydança qurumuşdu, hamı bunun əziyyətini çəkirdi. Rüstəm çox yaxşı mübarizə apardı.

- Xorvatiyada demişdiniz ki, bizi cavab matçından əvvəl derbi gözləyir. Derbi ab-havası var idi bu gün?

- Hər iki komandada yorğunluq var idi. Amma futbolçular əzmkarlıq göstərdi. Mənim üçün derbi ab-havası var idi. Biz hesabda irəli çıxdıqdan sonra "Sabah" böyük qüvvə ilə irəli atıldı. Rəqibin müdafiəsində boşluqlar axtarırdıq. Mənim üçün derbi ab-havasında keçdi. Bu dəqiqədən sonra "Osiyek"lə oyun haqda düşünəcəyik.

- Premyer Liqada hədəfiniz nədir?

- Biz məşqçilər heç vaxt kifayətlənmirik. Daim daha yaxşı olmağa, inkişaf etməyə çalışırıq. Mən şikayət edə bilmərəm, qələbələr qazanmışıq. Amma daha yaxşısı üçün çalışmalıyıq. Ən yaxşısını edəcəyik. Əlimizdə kifayət qədər yaxşı futbolçular var. Kollektivimdən razıyam. Mənim üçün futbolçunun çalışqan olması ən vacibidir. Mehribanlıq da həmçinin. Bunu da etmişik.

- "Osiyek"in baş məşqçisi Frederiko Koppitelli bildirib ki, "Zirə"nin qol vuracağı inandırıcı görünmürdü. Bu haqda nə düşünürsən?

- Oxumuşam. Dərhal mənə də pis təsir etdi. Qəribə gəldi. İkinci hissədə aşkar üstün tərəf biz idik. Onların vurduğu qol da bizim top itkimizdən sonra baş verdi. Bəlkə isti-isti belə danışıb.

- "Osiyek"in erməni futbolçusu Styopa Mkrtçyanın Bakıya mümkün gəlişi hansı tərəfə müsbət və ya mənfi təsir göstərə bilər?

- Hansısa gərginlik istəməzdim. Hamımız əvvəl gərgin idik. İdman yarışlarında da gərginlik olurdu. Bu gün hansısa gərginliyə ehtiyac yoxdur. Biz qalibik. Bəlkə onlar bizimlə qarşılaşanda, aqressiyaları olsun. Əvvəl rəqibin heyətində erməni olanda, düşünürdüm ki, qol vurmasın. Böyük zəfərdən sonra məndə elə hiss qalmayıb. Futbolçularıma da hansısa xüsusi tapşırıq verməmişdim. Komandasının aparıcı oyunçusudur. Sırf oyuna köklənməliyik. Həqiqətən önəmli oyuna çıxacağıq.(sportal.az)

 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:23

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

21 İyul 2026
23:49

Pep Qvardiola İtaliya millisinin "sükanı arxası"na keçə bilər

23:11

"Arsenal" Qabriel Jesusun qiymətini 20 milyon funta endirdi

22:41

Valdas Dambrauskas "KuPS"la matçdan sonra belə danışdı

22:18

"Qalatasaray" Kristian Pulisiç ilə maraqlanır

21:57

ÇL: "Sabah" Finlandiya çempionunu "əliboş" yola saldı

21:16

Arda Gülər "Real Madrid"də start heyət uğrunda böyük savaşa girir

20:46

"Əl-Hilal" Bastoni üçün 70 milyon təklif edir

20:17

Məhəmməd Salahın meneceri "Beşiktaş" üçün İstanbula gəlir

19:42

"Qalatasaray"dan Musiala həmləsi: İcarə təklif edilib

19:12

Rodri "Real Madrid"ə keçməyə hazırdır

18:46

"Qalatasaray" Bruno Fernandes üçün 35 milyonluq təklif hazırlayır

18:30

Fransa millisinin yeni baş məşqçisi müəyyənləşib

18:14

Messi finaldan sonra Yamala nə deyib? - "Bu sözlər boynuma taxdığım qızıl medal qədər dəyərlidir"

17:56

"Zirə" növbəti transerini açıqladı - RƏSMİ

17:38

“Liv Bona Dea Arena”da ot örtüyü yenilənir - FOTOLAR

17:20

"Zirə" Estoniyadakı oyuna itkisiz çıxacaq

17:02

Argentinalı qolkiper millidən ayrılacağına işarə etdi - "Bu ağrını izah etmək çətindir"

16:43

Kalunqa "Kəpəz"in düşərgəsində olsa da...

Facebookdan bizi izləməyi unutmayın.
X