11:30 20.08.2024 883

"Omoniya"nı mümkün qədər yaxından tanımağa çalışmışıq" - "Zirə"nin kapitanı

Tarixində ilk dəfə Konfrans Liqasının pley-off mərhələsinə yüksələn "Zirə" Kiprin "Omoniya" komandası ilə qarşılaşacaq. Adalılarla ilk görüşünə avqustun 22-də Nikosiyada çıxacaq "qartallar"ın kapitanı Qismət Alıyevlə əlaqə saxlayıb həm turnirin 3-cü təsnifat mərhələsində "Osiyek"lə duellər, həm də "Omoniya" ilə oyun barədə fikirlərini bölüşməsini istədik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Osiyek" həqiqətən də çox baxımlı futbol oynayan komanda idi. Ötən mövsüm öz çempionatlarında çox yaxşı çıxış etmişdilər. Heyətləri gənc və təcrübəli futbolçulardan qurulmuşdu. Xorvatiya təmsilçisinin çox təhlükəli futbolçuları var idi. Bu rəqiblə üz-üzə gəlməmişdən öncə bilirdik ki, bizi çətin görüşlər gözləyir. Birinci oyunda nəyə qadir olduqlarını ortaya qoydular. Xorvatiyadakı matça yaxşı hazırlaşmışdıq və yekunda uduzmadıq, evə 1:1 hesablı heç-heçə ilə qayıtdıq. Səfərdəki bərabərlikdən sonra "Osiyek"i keçə biləcəyimizə inanırdıq. Mərdəkandakı qarşılaşma bizim üçün səfərdəkindən də ağır alındı. Bu dəfə 2:2 hesablı bərabərliyə nail olduq və bildiyiniz kimi, oyunsonrası penaltilərlə qələbə qazanaraq pley-offa çıxdıq.

"Omoniya" Azerbaycan komandaları ilə əvvəllər də oynayıb. Kipr təmsilçisi avrokuboklarda həm "Qarabağ", həm də "Qəbələ" ilə üz-üzə gəlib. Bu rəqiblə oyunlar Azərbaycan komandaları üçün asan olmayıb. "Osiyek"lə matçdan sonra bütün diqqətimizi "Omoniya"ya yönəltmişik. Onların necə kollektiv olduğu barədə müəyyən məlumatlarımız var, mümkün qədər yaxından tanımağa çalışmışıq. "Omoniya" ilə matça istəklə hazırlaşırıq".

Qeyd edək ki, "Omoniya" - "Zirə" matçı Bakı vaxtı ilə 21:00-da başlayacaq. Tərəflərin cavab qarşılaşması avqustun 29-da keçiriləcək.

Nihat

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
01:58

ÇL:2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

Facebookdan bizi izləməyi unutmayın.
X