12:16 18.10.2024 1379

Əcnəbi sədrin təyinat bölgüsü - Azərbaycanlı hakimlərdən hansı daha çox qazanıb?

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Azərbaycan Premyer Liqasında artıq ikinci dövrə başlayır. Əvvəlki illərin təcrübəsi göstərir ki, mövsüm irəlilədikcə, ən çox təzyiqlə üzləşən qism hakimlər olur. Hərçənd, birinci dövrə də səhvsiz ötüşmədi. Bu mövsümdən AFFA Hakimlər Komitəsinə rəhbərlik edən məşhur Frank De Blekerenin idarəçiliyini qiymətləndirmək üçün onun özünün nə qədər ədalətli olduğuna baxmaq lazımdır. Belçikalı funksionerin təyinat bölgüsünü araşdırdıq. Kim neçə oyuna gedib, komandalar üzrə bölgü necə aparılıb? Hər turda hakimlərin işini qiymətləndirən hakim-inspektorların onlarla yolları necə, neçə dəfə kəsişib?     

Blekere səhvə səhv demir

Qeyd etdiyimiz kimi, AFFA Hakimlər Komitəsinə yayda yeni sədr təyin olundu. Türkiyəli Barış Şimşəyin personası istər hakimlər, istərsə də futbol ictimaiyyəti arasında birmənalı qəbul olunmurdu. O, ötən mövsüm idarəçilikdə yol verilən səhvləri bir qayda olaraq, malalamağa çalışır, problemləri görməzdən gəlir, ya da onların öhdəsindən gələ bilmirdi.  
 



Belçikalı mütəxəssis Frank De Blekere də ilk dövrə ərzində üç dəfə hakimlərinin mübahisəli qərarına haqq qazandırmalı olub. O, “Sabah” – “Turan Tovuz” oyununun son dəqiqələrində qonaq komandanın sayılmayan qolu ilə bağlı epizodda köməkçi hakimin qapı xətti üzərində, künc bayrağının arxasında dayanmasını, onun mövqeyinin düzgün olmasını vurğulayaraq, üstəlik qapı xətti üzərində kamera olmadığını əsas götürərək, ədalət təmsilçilərinin qərarını düzgün hesab edib.
Qurum rəhbəri "Turan Tovuz" - "Araz-Naxçıvan" matçında Roman Maçadonun Roderik Millerin baş nahiyəsinə zərbə endirdiyi epizodda Elçin Məsiyevin qızmızı vərəqə deyil, "sarı" göstərməsini qaydalara uyğun olduğunu bildirib. 
Nəhayət, komitə rəhbəri VIII turunun “Neftçi” – “Sumqayıt” oyunundakı mübahisəli epizodları şərh edərək potensial "qırmızı" və verilməyən penalti qərarlarının doğru olduğunu açıqlayıb.

İlk dövrədə 12 referiyə fit əmanət olunub

Təyinat bölgüsünə gəlincə, Blekere bir dövrə ərzində baş hakim kimi 12 yetirməsinə güvənib. Haqlı olaraq, FİFA referisi Əliyar Ağayev hamıdan çox oyun idarə edib. O, 9 turdan 6-da iş başında olub. 
Baş tutan 43 oyundan (2-si təxirə salınıb) 15-də üç hakim - Elçin Məsiyev, İnqilab Məmmədov və Cavid Cəlilov eyni sayda iştirak ediblər. Başqa sözlə, onların hər biri 5 görüşdə komandaları meydana çıxarıblar.
Təyinat bölgüsündə əsas diqqət çəkən məqam keçmiş FİFA referisi Rauf Cabarovun cəmi 1 oyuna təyinat almasıdır. Təcrübəli hakim hətta gənc Rauf Allahverdiyev və Fərid Hacıyevdən az şans qazanıb.

Baş hakimlər

Əliyar Ağayev - 6
Elçin Məsiyev - 5
İnqilab Məmmədov - 5
Cavid Cəlilov - 5
Kamal Umudlu - 4
Tural Qurbanov - 4
Rəşad Əhmədov - 4
Rəvan Həmzəzadə - 3
Rauf Allahverdiyev - 3
Fərid Hacıyev - 2
Nicat İsmayıllı - 1
Rauf Cabarov - 1

Sabiq FİFA referisi: Meydanda autsayder, VAR-da lider

Rauf Cabarova baş hakim kimi az güvənən Blekere onun oyun sayındakı kəsiri VAR hakimi kimi sığortalayıb. Belə ki, o, 7 matçda "maşın"da əyləşib. Onun kimi, baş hakim qismində cəmi bir oyuna çıxan Nicat İsmayıllı da əsasən VAR-da iş başında olub. O, 7 oyunda meydan hakimlərinin işinə nəzarət edib, onlara yardım göstərib.


Maraqlıdır ki, Premyer Liqa matçlarını idarə edən 12 hakimdən 11-i VAR hakimi olub. Rəvan Həmzəzadəyə güvənilməyib.   

VAR hakimləri 

Rauf Cabarov - 7
Nicat İsmayıllı - 6
Əliyar Ağayev - 5
İnqilab Məmmədov - 5
Cavid Cəlilov - 4
Rəşad Əhmədov - 4
Tural Qurbanov - 3
Elçin Məsiyev - 3
Fərid Hacıyev - 2
Kamal Umudlu - 2
Rauf Allahverdiyev - 2

HK aparıcı hakimləri texniki zonaya buraxmır

Oyunlara ehtiyat, yəni 4-cü gedənlərə gəlincə, təyinatlar zamanı əsasən 2024/2025 mövsümü üçün 17 nəfərlik elit hakimlər siyahısına daxil edilən 5 (onlardan 2-nin - Elvin Bayramovla Əkbər Əkbərovun adı ilk dəfə məhz bu çempionata salınıb) hakimə üstünlük verilib. FİFA nişanı daşıyanlar başda olmaqla, aparıcı hakimlərin texniki zonada dayanması məqsədəuyğun sayılmayıb. Bu mənada Tural Qurbanov, Rəşad Əhmədov və Rəvan Həmzəzadə istisnadır.  

Ehtiyat hakimlər

Əli Əliyev - 8
Elvin Bayramov - 6
Kamran Əliyev - 6
Əkbər Əhmədov - 5
Rauf Allahverdiyev - 4
Fərid Hacıyev - 4
Rəvan Həmzəzadə - 4
Kamranbəy Rəhimov - 2
Tural Qurbanov - 2
Rəşad Əhmədov - 1
Nicat İsmayıllı - 1


Əliyar Ağayev "üç cəbhə"nin yekununa görə liderdir

Beləliklə, üç "cəbhə"də (baş hakim, VAR hakimi, ehtiyat hakim) 17 ədalət təmsilçisinə güvənilib. Üç funksiyanı yerinə yetirənlərin ümumi təyinat sayını cəmləsək,  ən çox iş başında olan 11, ən az oyuna gedən isə 2 şans qazanıb. Təbii ki, arada uçurum böyükdür. Bununla belə, Premyer Liqada baş hakim kimi azı bir oyunda fit çalan ədalət təmsilçilərinin təyinat sayını müqayisə etsək, Blekere maksimum ədalətli olmağa çalışıb.  

Cəmi

Əliyar Ağayev - 6 (baş hakim) + 5 (VAR hakimi) + 0 (4-cü hakim) = 11
İnqilab Məmmədov - 5+5+0=10
Cavid Cəlilov - 5+4+0=9
Rəşad Əhmədov - 4+4+1=9
Tural Qurbanov - 4+3+2=9
Rauf Allahverdiyev - 3+2+4=9
Elçin Məsiyev - 5+3+0=8
Fərid Hacıyev - 2+2+4=8
Rauf Cabarov - 1+7+0=8
Nicat İsmayıllı - 1+6+1=8
Əli Əliyev - 0+0+8=8
Rəvan Həmzəzadə - 3+0+4=7
Kamal Umudlu - 4+2+0=6
Elvin Bayramov - 0+0+6=6
Kamran Əliyev - 0+0+6=6
Əkbər Əhmədov - 0+0+5=5
Kamranbəy Rəhimov - 0+0+2=2


Bir turda 2 oyuna təyinat  

Dövrə ərzində iki hakim - Əliyar Ağayev və İnqilab Məmmədov bir turda 2 oyuna təyinat alıblar. Həm də hər ikisi bunu 2 dəfə reallaşdırıblar. Əliyar hər iki halda (4-cü və 8-ci turlarda) VAR hakimi olubsa, İnqilab 7-ci turda "Qarabağ" - "Neftçi" matçında VAR, "Sumqayıt" - "Zirə" qarşılaşmasında isə baş hakim olub. Son turda isə Tovuzda keçirilən iki oyunda da VAR maşınında əyləşib.

İlk dövrədə kim çox qazanıb?

Sözsüz ki, çox təyinat çox da qonorar deməkdir. Amma burada baş hakim ilə VAR və ya ehtiyat hakimin qonorarı fərqlidir. Bəribaşdan qeyd edək ki, ötən mövsümün gedişində ədalət təmsilçilərinin qonorarı artırılıb. Dörd-beş il əvvəl meydan hakimi bir oyuna görə 700 manat alırdısa, indi bu məbləğ 1000 manatdır. Baxmayaraq ki, gəlir vergisindəki artımı hesablayanda maaşdakı 300 manat əlavədən hakimlərə bir şey qalmır...
Elit hakimlər (Premyer Liqanın 17 baş hakimi) AFFA-dan əlavə maaş da alır. Bu məbləğ isə 650 manatdır. 



Beləliklə, aylıq maaşı nəzərə almadan hamıdan çox qonorar alan FİFA referisi Əliyar Ağayevdir. Təbii ki, statusunu nəzərə alsaq, o, bunu haqq edir.   
İnqilab Məmmədov dövrəni 8000, ilk "üçlüy"ü qapayan sabiq departament rəhbəri Cavid Cəlilov isə 7400 qazancla başa vurub. 
Premyer Liqa oyunlarına baş hakim kimi azı bir oyun idarə etmiş referilərdən ən az qonorar alanlar isə üç nəfərdir - Kamal Umudlu, Rauf Cabbarov, Nicat İsmayıllı. Hər biri 5200 manat qazanıb.

Əliyar Ağayev - 6+5+0=11 / 9000 AZN 
İnqilab Məmmədov - 5+5+0=10 / 8000 AZN
Cavid Cəlilov - 5+4+0=9 / 7400 AZN
Rəşad Əhmədov - 4+4+1=9 / 7000 AZN
Tural Qurbanov - 4+3+2=9 / 7000 AZN
Elçin Məsiyev - 5+3+0=8 / 6800 AZN
Rauf Allahverdiyev - 3+2+4=9 / 6600 AZN
Fərid Hacıyev - 2+2+4=8 / 5600 AZN 
Rəvan Həmzəzadə - 3+0+4=7 / 5400 AZN
Kamal Umudlu - 4+2+0=6 / 5200 AZN
Rauf Cabarov - 1+7+0=8 / 5200 AZN
Nicat İsmayıllı - 1+6+1=8 / 5200 AZN
Əli Əliyev - 0+0+8=8 / 4800 AZN
Elvin Bayramov - 0+0+6=6 / 3600 AZN
Kamran Əliyev - 0+0+6=6 / 3600 AZN
Əkbər Əhmədov - 0+0+5=5 / 3000 AZN
Kamranbəy Rəhimov - 0+0+2=2 / 1200 AZN

Premyer Liqa klubları ilə hamıdan çox yolu kəsişən Məsiyevdir

Hakimlər Komitəsi təyinat verərkən komandalar üzrə heç də ədalətli bölgü aparmayıb. Məsələn, baş hakim kimi 6 matç idarə edən Əliyar Ağayev bunların 3-də "Neftçi"nin oyununa göndərilib. Onun "Turan Tovuz", "Sabah" və "Şamaxı"nın hər biri ilə yolu 2 dəfə kəsişib. Halbuki, FİFA referisi "Araz-Naxçıvan", "Sumqayıt" və "Kəpəz"lə tanış olmağa imkan tapmayıb.



Ümumiyətlə, hakimlərdən heç biri 10 komandanın hamısının oyununda olmayıb. Elçin Məsiyev hamıdan çox - Premyer Liqanın 8 iştirakçısının oyununu idarə edib.  

komandalar üzrə

Əliyar Ağayev 

Neftçi - 3
Turan Tovuz - 2
Sabah - 2
Şamaxı - 2
Zirə 
Qarabağ
Səbail 

Elçin Məsiyev 

Araz Naxçıvan - 2
Qarabağ - 2
Sabah 
Sumqayıt 
Zirə
Neftçi
Turan Tovuz
Sumqayıt

İnqilab Məmmədov

Sabah - 2
Zirə - 2
Qarabağ - 2
Şamaxı
Araz Naxçıvan 
Neftçi
Sumqayıt 


Cavid Cəlilov 

Kəpəz - 2 
Sumqayıt - 2 
Araz-Naxçıvan - 2 
Turan Tovuz 
Şamaxı 
Neftçi 
Sabah

Kamal Umudlu 

Səbail - 2
Sumqayıt 
Kəpəz 
Neftçi 
Zirə 
Şamaxı 
Sabah

Tural Qurbanov 

Turan Tovuz - 2
Neftçi 
Sabah
Sumqayıt 
Qarabağ 
Səbail 
Şamaxı

Rəşad Əhmədov 

Səbail - 2
Sumqayıt - 2
Turan Tovuz
Şamaxı
Kəpəz
Neftçi 

Rəvan Həmzəzadə

Zirə - 2
Səbail 
Araz Naxçıvan 
Kəpəz
Turan Tovuz

Rauf Allahverdiyev 

Kəpəz - 2
Səbail - 2
Qarabağ
Araz-Naxçıvan

Fərid Hacıyev 

Araz-Naxçıvan
Şamaxı
Qarabağ
Turan Tovuz

Nicat İsmayıllı 

Kəpəz
Sabah

Rauf Cabarov 

Zirə 
Kəpəz

4 oyun, onun da ikisində Qədiyev

Təyinat bölgüsü zamanı bir çox hallarda eyni hakim və hakim-inspektorun bir neçə dəfə yolunun kəsişməsi nəzərə alınmayıb. Düzdür, 6 oyunda fit çalan Əliyarın idarəçiliyini 6 müxtəlif hakim-inspektor qiymətləndirib. Elçin Məsiyev, Kamal Umudlu və Tural Qurbanov kimi aparıcı hakimlərdə də bu, belə olub. Əvəzində İnqilab, Cavid və Rəşad hər biri 2 oyunda eyni inspektordan qiymət alıb. Bu mənada, sonuncusu xüsusilə diqqət çəkir. Belə ki, 4 oyun idarə edən Əhmədov bunun ikisində Zöhrab Qədiyev tərəfindən qiymətləndirilib. Halbuki, ilk dövrənin 9 turunda iş başında olan hakim-inspektorların sayı hakimlərin sayından çox olub.

İnspektorlar üzrə

Əliyar Ağayev - 6 inspektor (Babək Quliyev, Rəhim Həsənov, Orxan Məmmədov, Ömər Paşayev, Ramil Diniyev, İmanxan Sultani)

Elçin Məsiyev - 5 (Ömər Paşayev, Munis Abdullayev, İmanxan Sultani, Babək Quliyev, Asim Xudiyev)

İnqilab Məmmədov - 4 (Ömər Paşayev - 2, Vüsal Əliyev, İmanxan Sultani, Orxan Məmmədov)

Cavid Cəlilov - 4 (Feyzulla Feyzullayev - 2, Ramil Diniyev, Asim Xudiyev, Rəhim Həsənov)

Kamal Umudlu - 4 (Anar Salmanov, Ceyhun Haşımov, Əmrah İbrahimov, Rəhim Həsənov)

Tural Qurbanov - 4 (Orxan Məmmədov, Ömər Paşayev, Ceyhun Haşımov, Anar Salmanov)

Rəşad Əhmədov - 3 (Zöhrab Qədiyev - 2, Asim Xudiyev, Əmrah İbrahimov)

Rəvan Həmzəzadə - 3 (Asim Xudiyev, Anar Salmanov, Babək Quliyev)

Rauf Allahverdiyev - 3 (Ramil Diniyev, Babək Quliyev, Munis Abdullayev)

Fərid Hacıyev - 2 (İmanxan Sultani, Anar Salmanov)

Nicat İsmayıllı - 1 (Rəhim Həsənov)

Rauf Cabarov - 1 (Ramil Diniyev)

Mirağa Mirzəyev

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

21 İyul 2026
23:49

Pep Qvardiola İtaliya millisinin "sükanı arxası"na keçə bilər

23:11

"Arsenal" Qabriel Jesusun qiymətini 20 milyon funta endirdi

22:41

Valdas Dambrauskas "KuPS"la matçdan sonra belə danışdı

22:18

"Qalatasaray" Kristian Pulisiç ilə maraqlanır

21:57

ÇL: "Sabah" Finlandiya çempionunu "əliboş" yola saldı

21:16

Arda Gülər "Real Madrid"də start heyət uğrunda böyük savaşa girir

20:46

"Əl-Hilal" Bastoni üçün 70 milyon təklif edir

Facebookdan bizi izləməyi unutmayın.
X