20:55 03.11.2024 1777

MPL: Həm "Kəpəz", həm də "Sumqayıt" son dəqiqə qolu ilə qələbə qazandı

Bu gün Misli Premyer Liqasında 12-ci tura yekun vurulub. 

Fanat.Az xəbər verir ki, sonuncu oyun günündə 2 qarşılaşma baş tutub.

Tovuzda autsayderlər "Kəpəz" və "Səbail" qarşılaşıblar. "Zirzəmi"də qərarlaşan qərb təmsilçisi matça əlavə olunmuş sonuncu dəqiqədə qalib gələrək, bir addım öndəki qonşusu ilə xal fərqini minimuma endirib və beləliklə, intriqanı artırıb.

Tura Sumqayıtda yekun vurulub. Şəhərin eyniadlı komandası "Sabah"ı qonaq edib. Vaqif Cavadovun baş məşqçi postuna təyinatından sonra uzun müddətli qələbəsiz seriyaya ötən tur son qoyan "Gənclik şəhəri" təmsilçisi bu dəfə masazırlıları büdrədib. Tovuzda olduğu kimi, görüşün taleyini matça əlavə olunmuş 5-ci dəqiqəddə vurulan bir qol həll edib. "Sumayıt" qələbə qazanan tərəf olub. 

Qeyd edək ki, turun digər oyunları noyabrın 1-2-də keçirilib. Cümə günü baş tutan "Turan Tovuz" - "Qarabağ" matçında (0:0) qalib müəyyənləşməyib, "Araz-Naxçıvan" "Neftçi"yə qalib gəlib. Dünən isə "Zirə" "Şamaxı" ilə səfər görüşündən (2:0) 3 xalla dönüb. 

Misli Premyer Liqası
12-ci tur
3 noyabr

 
“Kəpəz” – “Səbail” 1:0 

Qol: Camal Cəfərov, 90+5.

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, Kamran Əliyev
VAR: Cavid Cəlilov
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Seymur Səlimli
Tovuz şəhər stadionu. 

"Kəpəz": 1. Rojerio Santos, 2. İlkin Qırtımov, 11. Orxan Əliyev, 7. Ehtiram Şahverdiyev, 70. Nicat Süleymanov, 5. Rauf Hüseynli, 26. Valdemar Almeyda, 9. Luis Paçu, 78. Yeqor Xvalko (k), 3. Mahamadu Ba, 77. Viktor Braqa
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 80. Tural Rzayev, 99. Əli Səmədov, 12. Turan Manafov, 8. Elmir Tağıyev, 20. Mahir Həsənov, 21. Camal Cəfərov, 17. Ümid Səmədov, 15. Cavad Kərimov, 10. Karim Lkoça, 19. Lassana Ndiaye
Baş məşqçi: Azər Bağırov

"Səbail": 1. Hüseynəli Quliyev, 74. Yusif Nəbiyev (k), 77. Fərid Nəbiyev, 18. Süleyman Əhmədov, 20. Mert Çelik, 11. Rüfət Abdullazadə, 83. Nihad Quliyev, 8. Qorka Laruçça, 44. Amir Bilali, 3. Dmitro Litvin, 14. Suleyman Alluş
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 6. Cabir Əmirli, 15. Vüsal Məsimov, 19. Samir Abdullayev, 17. Gülağa Əsədov, 16. Emin Rüstəmov, 10. David Qomis
Baş məşqçi: Şahin Diniyev

 
“Sumqayıt” – “Sabah” 1:0 
Qol: Roi Kehat, 90+5.

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əkbər Əhmədov
VAR: İnqilab Məmmədov
AVAR: Namik Hüseynov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
M.Hüseynzadə adına stadion. 

"Sumqayıt": 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 30. Kamran Quliyev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 95. Miloş Miloviç, 99. Silvanus Nimeli, 23. Cordan Rezabala.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 36. Xəyal Fərzullayev, 10. Rəhim Sadıxov, 2. Sertan Taşkın, 20. Ayxan Süleymanlı, 21. Nihat Əhmədzadə, 24. Sənan Muradlı, 11. Fernando Da Silva, 12. Georgi Xaraişvili, 9. Nikola Vuynoviç, 5. Alan Dias, 77. Cəsurbek Cəloliddinov.
Baş məşqçi: Vaqif Cavadov.

"Sabah": 55. Nicat Mehbalıyev, 2. Amin Seydiyev (k), 77. Şakir Seyidov, 6. Abdulla Xaybulayev, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 18. Pavol Şafranko, 40. İqor Noqeyra, 70. Jesse Sekidika, 3. Con İrasabal, 11. Kahim Parris.
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 94. Rəvan Mirzəmmədov, 10. Namik Ələsgərov, 4. Elvin Camalaov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 5. Rəhman Daşdəmirov, 22. Abdulla Rzayev, 88. Xəyal Əliyev, 44. Sofian Çakla, 99. Neqoş Kupusoviç.
Baş məşqçi: Krunoslav Renduliç.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
01:58

ÇL:2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

Facebookdan bizi izləməyi unutmayın.
X