22:30 02.05.2025 398

"Təbii ki, belə oyunla harasa getmək çətindir" - Kurban Berdiyev

“Zirə”nin güclü tərəfi nə idisə, o da işə yaradı. Əks-hücumda yaxşı, sürətli hücumçuları var. Oyunçularımızı xəbərdar etməyimizə baxmayaraq, işə yaramadı”.

Fanat.Az xəbər verir ki, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev Misli Premyer Liqasının 33-cü turunda “Zirə”yə uduzduqları (0:1) oyundan sonra keçirilən mətbuat konfransında deyib.

 O, daha sonra jurnalislərin suallarını cavablandırıb.

“Turan Tovuz” avrokuboklara vəsiqə qazansa, nəyə ümid edə bilər? 
– Gəlin əvvəlcə harasa getməyin özü barədə düşünək. Təbii ki, belə oyunla harasa getmək çətindir. Komandamın oyunundan razı qalıb-qalmamağıma gəlincə, müəyyən məqamlardan razı qaldım. Amma ümumilikdə yox. Həvəsli idik. Bu bizi razı saldı. Əks-hücumlar barədə oyunçularımı xəbərdar etmişdim.

Həm “Zirə”, həm “Araz-Naxçıvan”la sizinlə matçlarda azlıqda qalmışdı. Bundan faydalanamağı niyə bacarmırsız? Rəqiblərinizin qırmızı vərəqə alması nəyə görə komandanın əleyhinə işləyir?
– Təbii, bu, hokkey deyil ki, bir nəfər əskiklik özünü 100 faiz göstərsin. Doğrudur, hardasa üstünlük verir. Amma bəzən tam üstünlük olmur. “Zirə” də ağıllı müdafiə olunurdu. Praktiki olaraq, bizim şansımız yox idi.

“Traktor” tarixində ilk dəfə İran çempionu oldu. Onlar haqda düşünürsüz?
– “Traktor”un rəqibinin də nəticəsindən çox şey asılı olduğunu bilirdim. Çempion olduqlarını indi eşidirəm. “Traktor”u təbrik edirəm. Mohammed Reza Zonusini də təbrik edirəm, uzun müddət idi ki, bu yöndə irəliləyirdi. Allaha şükürlər olsun ki, bu, baş verdi. Mütləq onu təbrik edəcəm.

Avrokuboklara yollanmaq üçün kubokun finalında “Qarabağ”a azarkeşlik etməkdən başqa çarə görürsünüz?
– Sözsüz ki, belə olacaq. Amma “Araz-Naxçıvan”ın da büdrəməyini də gözləyəcəyik. Üç oyunumuz qalıb ki, onları qazanmalıyıq.

Mənbə: Sportal.az

 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
12:57

"Mançester Yunayted"in ulduzu Messi ilə komanda yoldaşı oldu

12:38

"Arsenal" Edeqorun transfer dəyərini açıqladı

12:19

"Almaniyanın İspaniyadan öyrənəcəyi çox şey var" - Lotar Matteus

12:01

Qvardiola İtaliya millisinə nə cavab verəcək?

11:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:43

Emin Mahmudov yubiley qolunu vurdu

11:24

AL: "Beşiktaş" danimarkalılarla üz-üzə, Murad Məmmədov "Pafos"da debütünə hazırlaşır

11:05

"Qalatasaray" mərakeşli müdafiəçini istəyir

10:46

Luis Suares Levandovskinin debütünü korladı

10:27

"Karvan-Yevlax" daha iki futbolçu ilə anlaşdı

10:09

Nəriman Axundzadə bu tur nə ilə yadda qaldı? - VİDEO

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

"Zirə"nin Estoniya sınağı

09:00

"Qarabağ" Bolqarıstan təmsilçisi ilə qarşılaşır

01:58

ÇL: 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

Facebookdan bizi izləməyi unutmayın.
X