
"Çelsi" yarımmüdafiəçisi Lesli Uqoçukvu iş yerini dəyişib.
Fanat.Az xəbər verir ki, sözügedən futbolçu digər Premyer Liqa təmsilçisi "Börnli"yə keçib.
Məlumatı klubun rəsmi saytı yayıb. 21 yaşlı Uqoçukvu ilə müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Xatırladaq ki, Lesli ötən mövsüm icarə əsasında "Sauthempton"un formasını geyinib. "Transfermarkt" portalı onun transfer qiymətini 18 milyon avro ilə dəyərləndirir.
Nihat