
"Difai"nin hücumçusu Kristian Kamta iş yerini dəyişməyə hazırlaşır.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, 21 yaşlı mərkəz hücumçusu Azərbaycanda qalmaq niyyətində deyil.
Kamerunlu forvard İrak çempionatında mübarizə aparan klubların birindən sərfəli təklif aldığını artıq komandanın məşqçilər korpusuna da çatdırıb.
Xatırladaq ki, "Difai" ötən mövsüm 1-ci Liqadakı mübarizəni 9-cu pillədə tamamlayıb. Sözügedən kollektiv 2-ci Liqada 4-cü yeri tutmuş "Quba"nı pley-off matçında yenərək (3:1) liqada qalıb. Komanda bu yay ötən mövsüm "Kəpəz"də baş məşqçinin köməkçisi qismində çalışmış Araz Bağırova tapşırılıb.
Nihat