15:53 20.08.2025 4531

"İndi "Ferentsvaroş"un "Qarabağ"ı mübarizədən kənarlaşdırmaq şansı çox azdır" - Aslan Kərimov

Dünən UEFA Çempionlar Liqasının (ÇL) pley-off mərhələsinin ilk oyunları çərçivəsində səfərdə "Ferentsvaroş"la qarşılaşan "Qarabağ" evə 3:1 hesablı qələbə ilə qayıtdı. Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi, tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb Macarıstandakı oyunu haqda fikirlərini bölüşməsini və təmsilçimizin qitənin ən nüfuzlu klub turnirinin Liqa mərhələsinə yüksəlmək şasnlarını dəyərləndirməsini istədik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:  

"Qarabağ"ın Çempionlar liqasının Liqa mərhələsinə qatılmaq şansından danışırıqsa, 3:1 hesablı qələbədən sonra bu ehtimal yetərincə yüksəkdir. Hətta birinci dəfə ÇL-in qrupuna düşdüyümüz zaman ilk matçdan sonra ("Qarabağ" Bakıdakı matçda "Kopenhagen"i Mahir Emrelinin vurduğu tək qolla ilə yenmiş, Danimarkadakı 1:2 hesablı məğlubiyyətə rəğmən, səfər qolu sayəsində qrupa düşmüşdü - red.) komandamızın şansı bu qədər yüksək deyildi. 

"Ferentsvaroş"la səfər matçında iki fərqli hissə izlədik. Meydan sahibləri oyuna yüksək templə başladılar. Fasiləyə qədər rəqib intensiv pressinq tətbiq edir, təmsilçimizin istədiyi hücumları qurmasına mane olurdu. Nəticədə qol vurmağı da bacardılar. İkinci hissədə isə bir qədər yoruldular. Belə pressinq edirsənsə, oyunun ortalarında fiziki yorğunluq normal haldır. Fasilədən sonra rəqib futbolçular hücumlardan sonra geri qayıtmaq işinin öhdəsindən arzuladıqları səviyyədə gələ bilmirdilər. Öz növbəmizdə biz də bundan yaxşı istifadə etdik. Sürətli keçidlərimiz oldu... Bildiyiniz kimi, Marko Yakoviç hesabı bərabərləşdirdi. İkinci qolu standart vəziyyətdən, üçüncünü sürətli keçiddən sonra vurduq. İndi "Ferentvaroş"un "Qarabağ"ı mübarizədən kənarlaşdırmaq şansı çox azdır. Rəqibin uzun yol qət edəcəyini, isti hava şəraitində özlərini o qədər də yaxşı hiss etməyəcəklərini də unutmayaq. Əlbəttə, onlar üçün ağır olacaq, amma hər şeyin həll edildiyini də deyə bilmərik. Düzdür, böyük bir addım atmışıq, lakin ehtiyatlı davranmalıyıq. "Qarabağ"ın futbolçularının arxayınlaşacaqlarını düşünmürəm. Öncədən demişdim ki, "Qarabağ"ın bu heyətinin ÇL-in Liqa mərhələsinə düşə biləcək potensialı var". 

Nihat 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:23

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

21 İyul 2026
23:49

Pep Qvardiola İtaliya millisinin "sükanı arxası"na keçə bilər

23:11

"Arsenal" Qabriel Jesusun qiymətini 20 milyon funta endirdi

22:41

Valdas Dambrauskas "KuPS"la matçdan sonra belə danışdı

22:18

"Qalatasaray" Kristian Pulisiç ilə maraqlanır

21:57

ÇL: "Sabah" Finlandiya çempionunu "əliboş" yola saldı

21:16

Arda Gülər "Real Madrid"də start heyət uğrunda böyük savaşa girir

20:46

"Əl-Hilal" Bastoni üçün 70 milyon təklif edir

20:17

Məhəmməd Salahın meneceri "Beşiktaş" üçün İstanbula gəlir

19:42

"Qalatasaray"dan Musiala həmləsi: İcarə təklif edilib

19:12

Rodri "Real Madrid"ə keçməyə hazırdır

18:46

"Qalatasaray" Bruno Fernandes üçün 35 milyonluq təklif hazırlayır

18:30

Fransa millisinin yeni baş məşqçisi müəyyənləşib

18:14

Messi finaldan sonra Yamala nə deyib? - "Bu sözlər boynuma taxdığım qızıl medal qədər dəyərlidir"

17:56

"Zirə" növbəti transerini açıqladı - RƏSMİ

17:38

“Liv Bona Dea Arena”da ot örtüyü yenilənir - FOTOLAR

17:20

"Zirə" Estoniyadakı oyuna itkisiz çıxacaq

17:02

Argentinalı qolkiper millidən ayrılacağına işarə etdi - "Bu ağrını izah etmək çətindir"

16:43

Kalunqa "Kəpəz"in düşərgəsində olsa da...

16:25

"İmişli"də yeni təyinat - RƏSMİ

16:07

Klublarımızın sifariş verdiyi stadionlar bilindi - Siyahı

15:48

"Qalatasaray"da yeni müqavilə - Razılığa gəlindi

Facebookdan bizi izləməyi unutmayın.
X