19:52 29.08.2025 1847

"Hədəfim dünya çempionu olmaqdır"

Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov hədəfi 74 kq çəki dərəcəsində dünya çempionu olmağı hədəfləyib.

Fanat.Az xəbər verir ki, güləşçi bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.

O, zədəsinin tam sağaldığını söyləyib:

"Olimpiadadan sonra ilk yarışım bu ilin fevralında Belarusda keçirilən Aleksandr Medved turniri oldu. İyulda isə Macarıstanda təşkil edilən reytinq turnirində güləşdim. 5 aydan çox yarışlardan kənar qalmaq, təbii ki, öz sözünü deyirdi. Bir aydır ki, çiynim tam sağalıb. Yarışlarda tam gücümlə güləşməyə hazıram. Hədəfim dünya çempionu olmaqdır. Çünki bu, mənim uşaqlıqdan qurduğum xəyaldır. Dünyanın ən çətin çəkisində çempion olub, Azərbaycana 74 kq-da ilk qızıl medalı gətirmək istəyirəm. İlllərdir bu çəkidə rus və amerikalı güləşçilərin hegemonluğu gedir. Buna son qoymaq üçün əlimdən gələni edəcəyəm".

T.Bayramov qarşıdan gələn dünya çempionatında əsas rəqiblərinin kimlər olduğunu da söyləyib:

"Məşqlərdə ən çox sevimli fəndlərim üzərində işləməyi xoşlayıram. Daha çox rəqibin ayağına hücum edib xal almağa çalışıram. Qoldan atmaların üzərində də işləyirəm. Qarşıdan gələn dünya çempionatında əsas rəqiblərim Zaurbek Sidakov, Çermen Valiyev və Taymuraz Salkazanov olacaq. Həmçinin İran, ABŞ və Yaponiya idmançıları da güclü rəqiblərdir. Əksəriyyətilə güləşmişəm. Güləş üslublarına bələdəm. Amma yenə də hər gün təhlillər aparıram, güləşlərinə baxıram. Hər birinin özünəməxsus üstünlükləri, fəndləri var. Dünya çempionatı ərəfəsində buna uyğun məşqlər etməyə çalışıram".

İdmançı 74 kq çəki dərəcəsində də sözünü demək istədiyini bildirib: 

"Mənə də bu sualı çox verirlər. Yeniyetmə və gənclərdə 65 kq-da güləşirdim. Uzun müddət eyni çəkidə güləşdiyim üçün həmin kateqoriyanın tempinə və gücünə uyğunlaşmışdım. Sonra birdən-birə 74 kq-a qalxdım. Bununla da rəqiblərin səviyyəsi də qalxdı. Avropa və dünya çempionatlarında öz sözünü demiş idmançılar idi. Kənardan elə görsənir ki, dayanıram, fənd işlətmirəm. Amma bu, belə deyil. Nəzərə almaq lazımdır ki, 74 kq sərbəst güləşdə ən çətin, ən rəqabətli çəki dərəcəsidir. Rəqiblərin hamısı bir-birindən güclü, təcrübəli güləşçilərdir. İki Olimpiadada güləşmişəm. Avropa çempionatından medalım var. İslam Oyunlarının qalibi olmuşam. Artıq bu çəkidə öz sözümü deməyin vaxtı çatıb. Buna görə hücum üslubuna keçməliyəm. İnşallah, növbəti yarışlarda belə olacaq".

Güləşçi Türkiyədəki hazırlıq prosesini dəyərləndirib:

"Hazırlıq prosesi çox gözəl keçdi. Kastamonudakı şərait yüksək səviyyədə idi. Türkiyə, Bəhreyn, Şimali Makedoniya, Rumıniya və Özbəkistan milli komandası ilə birgə toplanışda idik. Olduqca səmərəli toplanış oldu. Həm fiziki, həm də texniki-taktiki məşqlər keçdik. Daha çox fiziki hazırlığın artırılmasına diqqət yetirilsə də, xalça üzərində də məşqlər oldu. Bu toplanışı dünya çempionatı ərəfəsində çox faydalı hazırlıq prosesi kimi qiymətləndirirəm".

O, Paris Olimpiya Oyunlarında son saniyələrdə məğlubiyyətinin səbəbini izah edib:

"Bəli, şükürlər olsun ki, həm Tokio, həm də Paris Olimpiya Oyunlarında iştirak etdim. Fikrimcə, son Olimpiadada medal qazana bilərdim. Çünki yüksək səviyyədə hazırlaşmışdım. Təlim-məşq toplanışlarında əlimdən gələni etmişdim. Məşqçilərimiz də bu cür fikirləşirdi. Çermen Valiyevlə görüşdə son saniyədə boşalmağım mənə çox baha başa gəldi. Medalsız qaldım. Çermen güclü rəqib idi. İnanıram ki, bundan sonra o səhvləri etmərəm. Mənim üçün çox böyük təcrübə oldu.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

17 Sentyabr 2026
02:08

La Liqa: "Barselona" 9 qollu matçdan qalib ayrıldı

01:49

Avropada bunu yalnız Rafinya bacardı

01:17

AL: Ermənistan təmsilçisi doğma meydanda darmadağın edildi

16 Sentyabr 2026
23:58

Premyer Liqa tarixində onun kimisi olmamışdı

23:03

Elvin Camalov "Qəbələ"də - RƏSMİ

22:41

"Arsenal" Rodriqo transferi üçün hərəkətə keçdi

22:12

"Mançester Yunayted" Endriki icarəyə götürmək istəyir

21:53

Eden Azarın qırmızı vərəqə almasına səbəb olan topdaşıyan uşaq 300 milyonluq sərvət qazandı

21:14

"Barselona"nın yeni hücumçu siyahısında 3 böyük ad

20:48

BOK 2030-cu il Qış Olimpiya Oyunlarının keçiriləcəyi məkanları təsdiqləyib

20:09

"Murov Az Terminal" heyətini gücləndirdi

19:44

İdman gimnastikası üzrə Azərbaycan çempionatı keçiriləcək

19:11

"Sumqayıt" klubunda iclas keçirildi

18:30

I Liqa: "Karvan-Yevlax" darmadağına sevindi

18:03

Ölkə çempionunda iranlı müdafiəçi - RƏSMİ

17:41

"Neftçi" 1000-ci matçına çıxacaq

17:22

"Şəfa"nın hansı futbolçularının "Qarabağ"a qarşı oynamayacağı bilindi

17:03

"Araz-Naxçıvcan" "Neftçi"nin braziliyalısı ilə anlaşdı

16:45

Emin Zamanov "Xankəndi" ilə oyun barədə nə danışdı?

16:27

"Startdan razı deyiləm" - Yaşar Seyidov

16:08

"Yüksəlişə nail olacağımıza əminəm" - Ronaldo "Kəpəz"lə səfər matçından 3 xal gözləyir

15:50

Balde "Barselona"dan ayrılır

15:31

"Çelsi" Fabian Ruisi istəyir

15:13

Vernidub bu futbolçunu "Qəbələ"yə qarşı oynada bilməyəcək

14:54

Mourinyu: "Ardanın oyun keyfiyyəti inanılmazdır"

14:35

Azərbaycan millisi Moldovaya məğlub oldu

14:16

"Rəşad Sadıqovun "Zirə"si zirvəyə oynamağa potensialı olan komandadır" - Vaqif Sadıqov

13:57

"Qəbələ" yeni baş məşqçiyə "təmiz" təhvil verildi

13:38

İtaliya çempionu Yaxın Şərqə üz tutdu

13:19

Gənc futbolçu "Mançetser Yunayted"dən ayrılmaq istəyir

12:59

"Qəbələ" makedoniyalı baş məşqçi ilə anlaşdı - RƏSMİ

12:41

"Barselona"dan superulduz "ov"u: İkisini birdən gözaltı etdi

12:22

Rəhim Həsənov "Turan Tovuz"un narazı qaldığı hakim qərarlarını şərh etdi - VİDEO

12:03

"Kəpəz"in futbolçusu Moldova millisinə dəvət aldı

11:44

Yamal: "Əsas rəqibim Mbappedir"

11:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:06

1-ci Liqa: "Karvan-Yevlax" ilə "Zaqatala" liderlik matçına çıxır

10:47

Xames Rodriges karyerasını bitirdi

10:28

Messi vida matçına çıxacaq

10:07

Mehrac Baxşalı: "Bu oyunda da 3 xal qazanmaq istəyirik"

Facebookdan bizi izləməyi unutmayın.
X