18:02 26.08.2014 702

"Onlar təklifləri yox, dəyəri üstün tutdular" - MÜSAHİBƏ

"Bakı"nın baş məşqçisi İbrahim Uzuncanın müsahibəsi

- "Bakı”da çox sayda yerli məşqçi olduğu halda, baş məşqçi postu sizə həvalə olundu. Əvvəlcə bu prosedur barədə danışmağınızı istərdik.
- Bildiyiniz kimi, çempionat başa çatdıqdan sonra Milinko Pantiç klubdan ayrıldı. Əvəzedici heyətin baş məşqçisi olduğum üçün gənclərin potensialına bələdəm. Əslində, mən əvəzedici komandada baş məşqçi olduğum zaman əsas heyətin də məşqlərinə çıxırdım. Ona görə də bu gün “Bakı”nın əsas heyətində çalışmaq mənim üçün çətin deyil. Əlimdən gələni edib, “Bakı”nı ayaqda saxlamağa və səsimizi çatdırmağa çalışacağıq.

- “Bakı”nın maliyyə durumu yaxşı deyildi. Belə bir vəziyyətdə komandanı formalaşdırmaq baş məşqçi üçün nə deməkdi?
- Düşünürəm ki, irəliləyən günlərdə hər şey yoluna qoyulacaq. Hazırkı durumun mövsümün sonuna qədər davam edəcəyi gözlənilmir. Klub prezidenti Hafiz Məmmədovun komandanı elitada saxlaması çox önəmli bir məqamdı. “Bakı”nın Premyer Liqadan düşməsi Azərbaycan futbolu üçün heç də yaxşı olmayacaqdı. Düzdü, həmin çətin dönəmdə bir neçə oyunçumuz düşərgəni tərk etdi. Heyətdən çox sayda oyunçu gedərsə, toparlanmaq çətindi. Lakin bizim gənc oyunçularımız var. İlk iki oyunda qələbə qazana bilməsək də, rəqiblərə göstərmişik ki, azərbaycanlı futbolçulardan ibarət komanda qurmaq olar. Gənc oyunçuların mövqe səhvi normaldı. Bunun fonunda gənc oyunçuların baxımlı oyun sərgiləməsi ümidvericidi.

- Qarşıdakı günlərdə bu boşluqları aradan qaldırmaq üçün oyunçu transferi nəzərdə tutulubmu?
- Çatışmazlıqlar mövcuddu. Mən hazırda konkret danışa bilməyəcəyəm. Düşünürəm ki, akademiyamızda yetişən oyunçularımıza böyüklük edə biləcək təcrübəli futbolçulara ehtiyacımız var. Əgər bu işlər həyata keçirilsə, o zaman biz qarşıdakı turlarda çox komandaya başağırısı olacağıq.

- Yerli futbolçuların, akademiyanın yetirmələrinin heyətdə qalması normal haldı. Faktiki Azərbaycana futbol oynamaqla yanaşı, pul qazanmağa gələn Yura Travner, Risto Ristoviç və Lukas Mario Horvatı bu vəziyyətdə “Bakı”da saxlayan məqamlar hansılardı? 
- Onlar böyük fədakarlıq etdilər. Adlarını çəkdiyiniz oyunçular Azərbaycanın digər klublarında çox rahatlıqla oynaya bilərlər. Amma onlar təklifləri yox, dəyəri üstün tutdular. Çətin günlərdə komandanı yarı yolda qoymaq dəliqanlı adama yaraşmaz. “Bakı” hər zaman iddialı olub, bu gün isə müəyyən problemlər mövcuddu. Mən əminəm ki, çətin günlərin ömrü çox olmayacaq və biz yenə ən yüksək yerlər uğrunda mübarizə aparacağıq. Pul olan zaman işləmək çox asandı, əsas məsələ çətin günlərdə öz sinəni irəli verməkdi.

pfl.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

01 Avqust 2026
08:22

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

31 İyul 2026
23:52

"Real Madrid" Mastantuono üçün planını müəyyənləşdirdi

23:21

"Şamaxı" mərakeşli yarımmüdafiəçi ilə gücləndi

22:48

Premyer Liqadan EFL-ə nəhəng maliyyə paketi

22:19

Qapıçı axtarışında olan "Mançester Siti"nin yeni hədəfi

21:33

"Turan Tovuz" Türkiyə təmsilçisini məğlub etdi

21:15

"Şəfa" "Araz-Naxçıvan"ı məğlub etdi

20:48

Hökümət keçmiş baş məşqçinin maaşını ödəməkdən imtina etdi

20:20

“APL Fantasy” layihəsinin təqdimat mərasimi keçirilib

19:55

"Nyukasl"da gözlənilməz baş məşqçi dəyişikliyi

19:27

Arne Slot "Əl-Əhli"nin radarlarında

18:43

"Beşiktaş"ın yeni transferindən nümunəvi addım

18:05

"Arsenal" "Nyukasl"ın yaımmüdafiəçisi ilə anlaşmağa yaxındır

17:51

"Rəqib nə özü oynayırdı, nə də "Qarabağ"a oynamaq imkanı verirdi" - Aslan Kərimov

17:38

"Klubun infrastrukturu məndə çox xoş təəssürat yaratdı" - "Kəpəz"in yeni hücumçusu

17:20

Azərbaycan telekanalları növbəti mövsüm hansı liqaları yayımlayacaqlar?

17:01

"Düzü, bunu yalnız bəxtdən başqa heç bir şeylə əlaqələndirə bilmirəm"

16:43

Elman Sultanov bu komandanın baş məşqçisi ola bilər

16:24

Ayxan Abbasov sabiq komandasının məğlubiyyətinə şahid oldu - FOTO

16:05

Aslan Kərimov: "Hücum xəttində o aqressivliyi görə bilmədik"

15:47

FİFA-da parçalanma: İnfantinonun baş müşaviri istefa verdi

15:29

"Şəfa"nın zədəlisi sıraya döndü

15:11

Avrokuboka yarı qüvvə ilə davam: Ötən il 3-cü mərhələdə 3 komandamız var idi

14:53

Əliyar Ağayev UEFA Avropa Liqasının matçına təyinat aldı

14:35

"Real Madrid" Rodri ilə danışıqlara ara verdi

14:13

"Quba"nın hansı bölgəni təmsil edəcəyi bilindi

13:55

"Real Madrid"in yarımmüdafiəçisi İtaliya klubuna keçir

13:27

"Qaradağ Lökbatan"ın büdcəsi azaldılır

13:09

Azərbaycan futbolunda "Fantasy" dövrü başladı

12:49

"Mançester Yunayted" portuqaliyalı vingerə elçi düşdü

12:31

"Qalatasaray" Rafael Leau transferində müsbət sonluğa yaxınlaşır

12:09

"Turan Tovuz" Türkiyədə 3-cü sınağına çıxır

11:50

"Milan"ın əfsanəsi vəfat etdi

11:24

"Sabah"ın müdafiəçisi Ukrayna klubuna keçir

11:03

Con Stounz karyerasında ilk dəfə İngiltərədən kənarda oynayacaq - RƏSMİ

10:29

Dünya futbolunda böhran: KONKAKAF da FİFA-ya qarşı çıxdı

10:07

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:48

Dünya çempionatı: 5-ci gündə 5 sərbəst güləşçi mübarizə aparacaq

09:26

"Real Madrid" yeni hücumçu transferini rəsmən açıqladı

09:00

Mərhələ adlaya bilməyən klublarımızdan gələn qazanc - UEFA reytinqi

Facebookdan bizi izləməyi unutmayın.
X