
1-ci Liqa təmsilçisi "Difai" növbəti yoxlama oyununa çıxmağa hazırlaşır.
Fanat.Az-ın məlumatına görə, sözügedən kollektiv "Ordu" ilə qarşılaşacaq.
Oyunun sentyabrın 3-də baş tutacağı dəqiqləşsə də, hansı stadionda keçiriləcəyi hələ bilinmir.
Xatırladaq ki, "Difai" bir müddət öncə bu yay baş məşqçi postuna gətirilən Araz Bağırovla əməkdaşlığa son qoyub. Bağırovun istefası sınaq qarşılaşmasında "Səbail"dən aldıqları 2:7 hesablı yenilgidən sonra reallaşıb. Onun yerini Hüseynqulu Quliyev tutub.
Nihat