
Azərbaycan II Liqasında X turun oyunları davam edir.
Fanat.Az xəbər verir ki, dünən start götürən tur çərçivəsində bu gün daha üç qarşılaşma baş tutub.
Turun mərkəzi qarşılaşması Şirvanda reallaşıb. "Qaradağ Lökbatan" meydan sahibləri üzərində böyük hesablı qələbə qazanaraq ilk pilləyə yüksəlib.
Bundan başqa, "Şəmkir" səfərdə "Göygöl" üzərində əzmkar qələbə qazanıb. Aşkar autsayder "Araz Saatlı" isə "Ağdaş"la dueldən qalib ayrılıb.
Qeyd edək ki, ötən gün keçirilən açılış oyununda "Quba" "Ağstafa Gəncləri"ni 4:2 hesabı ilə üstələyib.
Tura sabah yekun vurulacaq.
Azərbaycan II Liqası
X tur
24 noyabr
“Göygöl” – “Şəmkir” 1:2
Qollar: N.Təhməzli, 43 - C.Rəhimli, 49. C.Rəcəbli, 59.
“Şirvan” – “Qaradağ Lökbatan” 0:5
Qollar: T.Nəsibov, 34; 64. R.Şahmuradov, 43. İ.Hüseynov, 86. E.Quluzadə, 89.
“Araz Saatlı” – “Ağdaş” 3:1
Qollar: R.Abdullayev, 29. R.Abdullayev, 83. H.Rüstəmov, 89 - İ.Nuruşov, 75.
