
Misli Premyer Liqasının 13-cü turunda Qubada "İmişli"nin qonağı olacaq "Sabah" oyuna ciddi itkilərlə çıxacaq.
Bu barədə Fanat.Az-a "bayquşlar"ın sözçüsü Elnur Həmidov məlumat verib:
"Cəzalı oyunçu yoxdur. Zinəddin Uld Xaled, Boyan Letiç, Neqoş Kupusoviç, Pavol Şafrankonun zədə səbəbindən "İmişli" ilə oyunu buraxacaqları dəqiqdirsə, Akim Zedadkanın meydana çıxıb-çıxmayacağı qeyri-müəyyəndir".
Qeyd edək ki, "İmişli" - "Sabah" qarşılaşması noyabrın 29-da baş tutacaq. Matçın start fiti 14:30-da səsləndiriləcək.
Nihat