
19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti - sonuncu sınağına çıxacaq.
Fanat.Az xəbər verir ki, B Liqasının V qrupunda yer alan Həbib Ağayevin baş məşqçisi olduğu komanda Şimali Makedoniyanın Strumitsa şəhərində Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq.
"Kukus" stadionunda baş tutacaq oyun Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.
Qarşılaşmanı maltalı referi Yoanna Vassallo idarə edəcək.
Qeyd edək ki, U-19 daha əvvəl qrupda keçirdiyi görüşlərdə Sloveniyaya 0:2, Şimali Makedoniyaya isə 1:3 hesabı ilə uduzub.