
Bizon Azərbaycan Kubokunun 1/8 final final mərhələsində 1-ci Liqa təmsilçisi "Şəfa" ilə qarşılaşacaq "Qəbələ"nin oyuna neçə itki ilə çıxacağı bəlli olub.
Bu barədə Fanat.Az-a "qırmızı-qaralar"ın sözçüsü Elnur Məmmədli məlumat verib:
"Cəzalı oyunçu yoxdur. Yalnız bir oyunçu zədə səbəbindən "Şəfa"ya qarşı oynamayacaq ki, o da fransalı yarımmüdafiəçi Jondo Fuksdur".
Qeyd edək ki, "Qəbələ" - "Şəfa" görüşü dekabrın 4-də keçiriləcək. Matçın start fiti 15:00-da səsləndiriləcək. Meydan sahibləri mübarizəyə bu mərhələdən qoşulacaqlarsa, "Şəfa" 2-ci təsnifat mərhələsində "Cəbrayıl"ı 3:0 hesabı ilə yenərək Premyer Liqa komandası ilə qarşılaşmaq hüququ qazanıb.
Nihat