Baş məşqçi Samir Abasovu istefaya göndərərək yerinə ukraynalı mütəxəssis Yuri Vernidubu gətirən "Neftçi"nin transfer planları dəyişib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Bakı təmsilçisi Fil Dişi Sahilindən olan dayaq yarımmüdafiəçisi İdrissa Dumbianı rənglərinə bağlamaq fikrindən daşınıb.
Belə ki, Yuri Nikolayeviç ilk növbədə müdafiənin gücləndirilməsini istəyir və komandanın arxa xəttinin hazırda arzulanan səviyyədə olmadığını düşünür. Hərçənd Vernidub yanvarda rəhbərlikdən bir neçə yeni oyunçu istəmək niyyətində də deyil. "Nefçi" transfer bazarında bu qış yox, mövsümün sonunda fəal olacaq. Etibarlı müdafiəyə, sürətli əks-hücumlara üstünlük verən, oyun intizamını olduqca vacib sayan 59 yaşlı çalışdırıcı sələfi Abasovun qoyub getdiyi kollektivin ümumi fiziki hazırlığından da narazıdır. O, Misli Premyer Liqasının 15-ci turu çərçivəsində dünən "Sumqayıt"la heç-heçə etdikləri matçda (2:2) 73-cü dəqiqəyə qədər ehtiyatda saxladığı kamerunlu ulduz Vensan Abubakarın formada olmadığını özünə çatdırıb və ad-sanına rəğmən, daha çox çalışmalı olduğunu bildirib.
Nihat