
"Neftçi"nin baş məşqçisi Yuri Vernidub Premyer Liqada cari mövsüm debüt edən 4-cü əcnəbi mütəxəssis olub.
Fanat.Az xəbər verir ki, ukraynalı mütəxəssis "Neftçi"ni XV turda "Sumqayıt"la ev oyununa (2:2) çıxarıb.
Buna qədər Saşa İliç ("Sumqayıt") və Jorje Kaşkilya ("İmişli") 1-ci, Valdas Dambrauskas ("Sabah") 2-ci turda debüt edib.
Bununla da Premyer Liqa tarixində baş məşqçi və ya bu vəzifəni müvəqqəti icra edən əcnəbi mütəxəssislərin sayı 69-a çatıb. Vernidub Premyer Liqa tarixində 10-cu ukraynalı baş məşqçidir.
O, "Neftçi"ni Azərbaycan çempionatlarında oyuna çıxaran ümumilikdə 33-cü mütəxəssisdir. Vernidub "ağ-qaralar"ın 9-cu legioner, 3-cü ukraynalı çalışdırıcısı olub.