
Son günlərdə "Qarabağ"ın Braziliyanın "Flamenqo" klubuna satdığı Juninyo Olavionu geri qaytarmaq istəsə də, bu, vaş vermədi
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Meksikanın "Pumas" klubu ilə müqavilə bağlayan oyunçu "Qarabağ"dakı komanda yoldaşları ilə əlaqə saxlayıb, Çempionlar Liqasında onlara azarkeşlik etdiyini, matçları müntəzəm şəkildə izlədiyini bildirib.
29 yaşlı futbolçu baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında nə vaxtsa yenidən oynaya biləcəyini söyləyib.
Qeyd edək ki, "Qarabağ" Juninyonu geri qaytarmaq üçün danışıq aparsa da, "Flamenqo"nun sözügedən oyunçunun icarəyə verilməsi üçün irəli sürdüyü maddi tələblər Azərbaycan çempionunun planları ilə üst-üstə düşməyib. Təmsilçimiz Braziliya klubunun Juninyonu cinah müdafiəçisi mövqeyində adından sözbetdirən həmyerlisi Mateus Silva ilə başabaş dəyişməyə də isti yanaşmayıb.
Nihat