
Los-Anceles rəhbərliyi sakinlərin küçələrdə və parklarda futbol oynamasına rəsmi olaraq "yaşıl işıq" yandırıb.
Fanat.Az xəbər verir ki, Şəhər Şurası 1945-ci ildə qəbul edilmiş qanunu ləğv etmək qərarını açıqlayıb.
Məlumatı "CBS News" yayıb.
Əvvəllər yaşayış məhəllələrində, ictimai yerlərdə topla oynamaq min dollara qədər cərimə və ya hətta altı aya qədər həbs cəzası ilə nəticələnə bilərdi. Qadağa təkcə futbola deyil, həm də Amerika futboluna şamil edilirdi. Qərar ABŞ-də keçiriləcək 2026-cı il Dünya çempionatı oyunlarına hazırlıq məqsədilə verilib. İndi turnirin ev sahibləri idman tədbirinin sonuna qədər polisdən qorxmadan küçədə topla oynaya biləcəklər.