
"Real Madrid"in hücumçusu Kilian Mbappe Fransa futbolu tarixində ən çox qol vuran ikinci oyunçu olub.
Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, İspaniya çempionatının XX turunda "Levante" ilə matçda (2:0) rəqib qapısına yol tapan 27 yaşlı hücumçu peşəkar karyerasında 412-ci qola imza atıb.
Beləliklə, Kilian 411 dəfə adını tabloya yazdırmış əfsanəvi Tyeri Anrini qabaqlayıb.
Reytinqə əvvəlki kimi Kərim Benzema başçılıq edir. Hazırda "Əl-İttihad"da oynayan Fransa millisinin keçmiş kapitanı klubunda və yığmada 513 dəfə fərqlənib.