
UEFA Çempionlar Liqasının əsas mərhələsinin 7-ci turunda "Olimoik Marsel"i səfərdə 3:0 hesabı ilə darmadağın edən "Liverpul"un kapitanı Vircil van Deyk oyundan sonra fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, onun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:
"Yaxşı oyun, layiqli qələbə. Amma artıq növbəti matç barədə düşünürük. Belə sıx qrafikdə pley-off matçlarından qaçmalıyıq. Gələn həftə hər şey bizdən asılı olacaq. Səkkiz komanda arasına düşmək lazımdır. İndi biz rahat möqvedəyik, amma hər şey gələn həftə həll olunacaq".
Xatırladaq ki, "Liverpul" sonuncu - 8-ci turda "Qarabağ"ı qəbul edəcək.
Nihat