
FIFA Türkiyənin "Adana Dəmirspor" klubunu növbəti dəfə cəzalandırıb.
Fanat.Az xəbər verir ki, 1-ci Liqa təmsilçisinin daha 12 xalı silinib.
Bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.
Beynəlxalq futbol qurumunun müvafiq komitəsi iki ayrı işə görə bu qərarı verib. Cəzanın kəsilməsinə başlıca səbəb "Adana Dəmirspor" klubunun futbolçulara və ya başqa şəxslərə ödəmə borcları ilə əlaqədar problemlər yaşanmasıdır.
Verilən cəzadan sonra “Adana Demirspor”un turnir cədvəlindəki vəziyyəti daha da ağırlaşıb. Komanda hazırda liqada mənfi 40 xalla sonuncu pillədə qərarlaşıb.
Xatırladaq ki, "Qarabağ"ın və Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədliyev 2023/24 mövsümündə "Adana Dəmirspor"da oynayıb. Klubun borclu olduğu futbolçulardan biri məhz Şahruddindir.