
Misli Premyer Liqasında XX tur başlayır.
Fanat.Az xəbər verir ki, turun ilk günündə iki matç baş tutacaq.
Açılış oyunu Qubada keçiriləcək. "Qarabağ" səfərdə "İmişli" ilə qarşı-qarşıya gələcək. Saat 14:30-da başlayacaq matçı Cavid Cəlilov idarə edəcək.
Günə "Zirə" – "Karvan-Yevlax" oyunu ilə yekun vurulacaq. Debüt mövsümündə Premyer Liqadakı yerini qorumağa çalışan Yevlax təmsilçisi ilk dövrədə 2:3 hesabı ilə uduzduğu rəqibindən xal almağa çalışacaq. Qarşılaşmanın start fitini Kamranbəy Rəhimov fitini səsləndirəcək.
Qeyd edək ki, tura 16 fevralda yekun vurulacaq.
Misli Premyer Liqası
XX tur
14 fevral
14:30. "İmişli" – "Qarabağ"
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Alik Yunusov.
VAR: Əliyar Ağayev, Vüqar Həsənli.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Quba. Olimpiya İdman Kompleksinin stadionu
17:00. "Zirə" – "Karvan-Yevlax"
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Mirnihat Seyidov, Əkbər Əhmədov.
VAR: Fərid Hacıyev, Rəhman İmami.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Zirə. İdman Kompleksinin stadionu.