
Xorvatiyalı tanınmış məşqçi İqor Tudorun yeni iş yeri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, 47 yaşlı mütəxəssis cari mövsümün sonuna qədər "Tottenhem"in müvəqqəti baş məşqçisi ola bilər.
"The Athletic"-in məlumatına görə, London klubu artıq onunla əlaqə saxlayıb və şifahi razılığa gəlib. Tudorun "Tottenhem"lə müqaviləsində daimi vəzifə seçimi ilə bağlı bənd yoxdur.
"Tottenhem" 11 fevralda baş məşqçi Tomas Frankı istefaya göndərib. İngiltərə Premyer Liqasında 26 oyundan sonra 29 xalı olan hotspurlular turnir cədvəlində 16-cı yerdədir.
Mövsümün əvvəlində "Yuventus"a rəhbərlik edən Tudor ötən il oktyabrın 27-də istefa verib. Məşqçi həmçinin "Olimpik Marsel" və "Qalatasaray"ı da çalışdırıb.