
Bu gün Misli Premyer Liqasında 22-ci tura yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, günün ilk matçında “Turan Tovuz” Bakıda “İmişli” ilə qarşılaşıb. Matçda qol səsi çıxmayıb.
Matçdan sonra keçirilən mətbuat konfransında Tovuz təmsilçisinin baş məşqçisi Kurban Berdiyev fikirlərini jurnalistlərlə bölüşüb:
"Bu gün kifayət qədər imkanlarımız oldu. Heç olmasa birini həyata keçirməli idik. Rəqib bir dəfə də olsun qapımıza zərbə endirə bilmədi. Bu gün 2 xal itirdik".