
Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Liverpul"u məğlub edərək (1:0) üstünlük qazanan "Qalatasaray" 1/4-ə vəsiqə əldə edəcəyi halda, komandaya veriləcək mükafatı açıqlayıb.
Fanat.Az "Türkiye qazetesi"nə istinadən xəbər verir ki, ulduz oyunçu Viktor Osimhen bonusun artırılmasını istəyib və "Qalatasaray" rəhbərliyi bu tələbə müsbət cavablandırıb.
Məlumata görə, klub prezidenti Dursun Özbek "Liverpul" üzərində qələbə münasibətilə oyunçuları və məşqçi heyətini təbrik etmək üçün soyunma otağına enib. Bildirib ki, rəhbərlik "Liverpul" matçı üçün 4 milyon avro mükafat verəcək. Bu zaman Osimhen klub prezidentinə komanda yoldaşlarının arzularını çatdıraraq "Liverpul"la oyunlar üçün bonusun 5 milyon avroya artırılmasını istəyib. Dursun Özbekin bu tələbə müsbət cavab verdiyi və onu qəbul etdiyi, həmçinin şənbə günü Super Liqada keçiriləcək "Başakşəhər" matçı üçün xüsusi bonus təyin edildiyi bildirilib.
"Qalatasaray" rəhbərliyinin oyunçulara ümumilikdə təxminən 10 milyon avro mükafat paylayacağı bildirilir. Bunlardan 1,5 milyon avro "Beşiktaş" derbisi, 2 milyon avro "Yuventus" matçları, 5 milyon avro "Liverpul" matçı və 1 milyon avro "Başakşəhər" matçı üçün ayrılıb.
Mirağa