18:51 08.09.2014 782

"Zirə"nin hədəfləri açıqlandı

Yeni yaradılmış “Zirə” klubu I divizionda ilk oyununu keçirdi. Zirə Olimpiya Kompleksinin stadionunda MOİK-ə qarşı keçirilən oyunda meydança sahibləri 1:0 hesablı qələbə qazandılar.

Ajiotaj fərqli idi

“Zirə”nin ilk oyunu olduğu üçün bu qarşılaşmaya maraq və yanaşma fərqli idi. Təsadüfi deyil ki, oyunu izləyənlər arasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev də vardı. Musayev “Zirə” klubunu təsis edənlərə hörmət əlaməti olaraq, bu qarşılaşmanı izlədiyini bildirdi. 

Zirə Olimpiya Kompleksinin bir tribunalı stadionunda azarkeşlər də vardı. Fan-klubla yanaşı, komandanı yaşlı nəslin nümayəndələri də dəstəkləyirdi. Heyətində elita təcrübəsinə malik olan futbolçular yer alan “Zirə” məhz azarkeşlərin dəstəyi nəticəsində MOİK klubunu 1:0 hesabı ilə məğlub etməyi bacardı.

Ramin Musayev: “Gələcəyə hesablanmış addımlar atılıb”

Qarşılaşmanı izləyən PFL prezidenti Ramin Musayev oyun haqqında, eləcə də “Zirə” komandası ilə bağlı düşüncələrini jurnalistlərlə bölüşüb: “Hər iki komandanın ifasında gözəl oyun izlədik. Oyun çox xoşuma gəldi. “Zirə” komandası iki ay ərzində formalaşdı. Sevindirici haldı ki, heyətdə yerli oyunçularımız üstünlük təşkil edir. Azərbaycan futbolu adına nə gözləyiriksə, elə bu futbolçulardan gözləyirik. “Zirə” komandasını yaradan, onlara dəstək olanlara hörmət kimi bu gün oyuna baxmağa gəldim”.

Musayev I divizionda tətbiq olunan limitlə bağlı da mövqeyini ortaya qoyub: “Bu gün klublar üçün çətin ola bilər, lakin bunların bəhrəsini gələcəkdə görəcəyik. Unutmayaq ki, qarşıda bizi 2016-2020-ci illər gözləyir. İndi bu limit olmasa bəs gələcək yarışlarda biz kimləri görəcəyik? Futbolumuzda gələcəyə hesablanmış addımlar atılıb”.

“Zirə”nin prezidenti: “Biz peşəkar bir komanda formalaşdırmaq istəyirik”

Peşəkar Futbol Liqasının rəsmi saytına açıqlama verən “Zirə” klubunun prezidenti Vüqar Astanov gələcək planlarla bağlı danışıb: “Planlarımız böyükdü, ona görə də böyük işlər görməliyik. Əsas məqsədimiz peşəkar klub yaratmaqdı. Bunun üçün biz komandanı yüksək şəraitlə təmin etməliyik. Lazım gəlsə, I divizionda bir yox, bir neçə mövsüm oynayarıq. Heyətə icarə əsasında oyunçular cəlb etmişik. Amma çox sayda oyunçu ilə müqavilə imzalamışıq. Hazırda bizim aşağı yaş qrupları üzrə komandalarımız yoxdu. Çünki, ilk məqsədimiz I diviziondakı komandamızı yaxşı vəziyyətə gətirməkdi. Bundan sonra aşağı yaş qrupları üzrə komandalar da təsis edəcəyik. Bütün yaş qrupları üzrə kollektivlər qurmağı düşünürük”.

Astanov Zirə camaatının stadiona cəlb olunması üçün müəyyən işlər həyata keçirdiklərini də deyib: “Bütün işləri 2 ay ərzində həyata keçirmişik. Azarkeşlər stadiona öz istəkləri ilə gəliblər. 1300 nəfərlik tribunamız var, bu gün təxminən 700-800 azarkeşimiz oyuna gəlib. Bunu bir ənənə halına gətirəcəyik. Komandanın 5 sponsoru var, büdcəmiz daimi işləməyə, I divizionda normal komanda saxlamağa imkan verir. Gələcək planlar isə nəticəyə görə dəyişə bilər. Əgər biz yarışı birinci pillədə tamamlasaq, o zaman sponsorlarla qərar verib, Premyer Liqada fərqli məqsədlər uğrunda yarışacağıq. Əks halda, I divizionda mübarizəmizi davam etdirib, peşəkarlaşmağa çalışacağıq”.

Bəhram Şahquliyev: “Zirəliləri təbrik edirəm” 

“Zirə” klubunun baş məşqçisi Bəhram Şahquliyev Peşəkar Futbol Liqasının rəsmi saytına açıqlamasında ilk oyunu və qazanılan qələbəni belə şərh edib: “İlk oyun olmasına baxmayaraq, komandamız yaxşı futbol göstərdi. Oyuna çoxlu azarkeş təşrif buyurmuşdu. Ümid edirəm ki, bundan sonra oyunlara daha çox azarkeş gələcək. İlk hissədə komandada həyəcan var idi. Oyunumuzda müəyyən problemlər mövcuddu, hələ ki, yeni yığılmış komandayıq. Amma irəlidəki oyunlarda bu problemləri də həll etməyə çalışacağıq”.

Aslan Hüseynov: “Biz hər bir komandaya qarşı mübarizə aparacağıq”

“Zirə”yə ilk oyunda qələbə gətirən qolun müəllifi olan Aslan Hüseynov da danışıb: “İlk oyunda qələbə qazandıq. Qələbə qolunu mən vursam da, bu elə də vacib deyil. Daha çox qol vura bilərdik. Amma ilk oyunun həyəcanı fərqli olur. Bəlkə buna görə şanslardan tam yararlana bilmədik. Buna baxmayaraq, ilk oyunda qələbə qazanmaq xoşdu”.

pfl.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

31 İyul 2026
23:52

"Real Madrid" Mastantuono üçün planını müəyyənləşdirdi

23:21

"Şamaxı" mərakeşli yarımmüdafiəçi ilə gücləndi

22:48

Premyer Liqadan EFL-ə nəhəng maliyyə paketi

22:19

Qapıçı axtarışında olan "Mançester Siti"nin yeni hədəfi

21:33

"Turan Tovuz" Türkiyə təmsilçisini məğlub etdi

21:15

"Şəfa" "Araz-Naxçıvan"ı məğlub etdi

20:48

Hökümət keçmiş baş məşqçinin maaşını ödəməkdən imtina etdi

20:20

“APL Fantasy” layihəsinin təqdimat mərasimi keçirilib

19:55

"Nyukasl"da gözlənilməz baş məşqçi dəyişikliyi

19:27

Arne Slot "Əl-Əhli"nin radarlarında

18:43

"Beşiktaş"ın yeni transferindən nümunəvi addım

18:05

"Arsenal" "Nyukasl"ın yaımmüdafiəçisi ilə anlaşmağa yaxındır

17:51

"Rəqib nə özü oynayırdı, nə də "Qarabağ"a oynamaq imkanı verirdi" - Aslan Kərimov

17:38

"Klubun infrastrukturu məndə çox xoş təəssürat yaratdı" - "Kəpəz"in yeni hücumçusu

17:20

Azərbaycan telekanalları növbəti mövsüm hansı liqaları yayımlayacaqlar?

17:01

"Düzü, bunu yalnız bəxtdən başqa heç bir şeylə əlaqələndirə bilmirəm"

16:43

Elman Sultanov bu komandanın baş məşqçisi ola bilər

16:24

Ayxan Abbasov sabiq komandasının məğlubiyyətinə şahid oldu - FOTO

16:05

Aslan Kərimov: "Hücum xəttində o aqressivliyi görə bilmədik"

15:47

FİFA-da parçalanma: İnfantinonun baş müşaviri istefa verdi

15:29

"Şəfa"nın zədəlisi sıraya döndü

15:11

Avrokuboka yarı qüvvə ilə davam: Ötən il 3-cü mərhələdə 3 komandamız var idi

14:53

Əliyar Ağayev UEFA Avropa Liqasının matçına təyinat aldı

14:35

"Real Madrid" Rodri ilə danışıqlara ara verdi

14:13

"Quba"nın hansı bölgəni təmsil edəcəyi bilindi

13:55

"Real Madrid"in yarımmüdafiəçisi İtaliya klubuna keçir

13:27

"Qaradağ Lökbatan"ın büdcəsi azaldılır

13:09

Azərbaycan futbolunda "Fantasy" dövrü başladı

12:49

"Mançester Yunayted" portuqaliyalı vingerə elçi düşdü

12:31

"Qalatasaray" Rafael Leau transferində müsbət sonluğa yaxınlaşır

12:09

"Turan Tovuz" Türkiyədə 3-cü sınağına çıxır

11:50

"Milan"ın əfsanəsi vəfat etdi

11:24

"Sabah"ın müdafiəçisi Ukrayna klubuna keçir

11:03

Con Stounz karyerasında ilk dəfə İngiltərədən kənarda oynayacaq - RƏSMİ

10:29

Dünya futbolunda böhran: KONKAKAF da FİFA-ya qarşı çıxdı

10:07

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:48

Dünya çempionatı: 5-ci gündə 5 sərbəst güləşçi mübarizə aparacaq

09:26

"Real Madrid" yeni hücumçu transferini rəsmən açıqladı

09:00

Mərhələ adlaya bilməyən klublarımızdan gələn qazanc - UEFA reytinqi

02:18

Qurban Qurbanov ÇSKA ilə matçdan sonra belə danışdı

Facebookdan bizi izləməyi unutmayın.
X