
İspaniya La Liqasının son turunun nəticələrinə əsasən, "Real Ovyedo" elitada yerini qorumaq şansını itirən ilk klub olub.
Fanat.Az xəbər verir ki, bu, 35-ci turda "Jirona"nın "Rayo Valyekano" ilə ötən gecə heç-heçə etməsindən (1:1) sonra rəsmiləşib.
"Real Ovyedo" 35 oyundan 29 xalla turnir cədvəlində 20-ci yerdədir və sona üç tur qalmış düşmə zonasında (17-ci yer) "Jirona"dan 10 xal geri qalır.
Xatırladaq ki, sözügedən komanda bu mövsüm La Liqaya gəlmişdi. "Mavilər" 2000/01 mövsümündən bəri ilk dəfə yüksək diviziona yüksəlmişdi.
"Levante" və "Alaves" də hazırda aşağı liqaya düşmə zonasındadırlar. Lakin onlarla 17-ci yerdəki komanda arasındakı fərqi müvafiq olaraq, üç və iki xaldır.