18:11 18.05.2026 662

Mirəli Seyidovun xatirəsinə həsr olunmuş karate turniri başa çatdı

Azərbaycanın əməkdar məşqçisi, mərhum Mirəli Seyidovun xatirəsinə həsr olunmuş "kyokuşin (Kay) senşi karate" üslubu üzrə karate turniri başa çatıb.

Fanat.Az xəbər verir ki, turnirdə ölkənin müxtəlif bölgələrini təmsil edən 400-ə yaxın idmançı müxtəlif yaş və çəki dərəcələri üzrə qüvvəsini sınayıb.

Tədbirdə ölkənin idman ictimaiyyətinin tanınmış nümayəndələri, veteran idmançılar, məşqçilər, hakimlər, müxtəlif idman klublarının rəhbərləri və idmançıların ailə üzvləri iştirak ediblər.

Turnir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

Tədbir çərçivəsində çıxış edən Milli Məclisin deputatı, Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev mərhum Mirəli Seyidovun karatenin inkişafında mühüm xidmətlər göstərdiyini bildirib. Qeyd olunub ki, o, uzun illər ərzində karatenin inkişafı, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi və sağlam həyat tərzinin təbliği istiqamətində böyük fəaliyyət göstərib.

Ülvi Quliyev vurğulayıb ki, Mirəli Seyidov yalnız peşəkar məşqçi deyil, həm də yüksək insani keyfiyyətlərə malik nüfuzlu idman xadimi olub. Onun yetirmələrinin müxtəlif yerli və beynəlxalq yarışlarda qazandıqları nailiyyətlər Azərbaycan idman tarixində xüsusi yer tutur. Deputat qeyd edib ki, belə turnirlər həm gənclərin idmana marağının artırılması, həm də görkəmli idman xadimlərinin xatirəsinin yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır.

Turnir çərçivəsində Mirəli Seyidovun ailə üzvlərinə Azərbaycan Karate Federasiyası tərəfindən plaketlər, fəxri sertifikatlar və xatirə hədiyyələri təqdim olunub. Eyni zamanda, bir sıra məşqçi və idmançılar müxtəlif nominasiyalar üzrə mükafatlandırılıblar.

Sonda çıxış edən qonaqlar Mirəli Seyidovun xatirəsinin daim ehtiramla yad ediləcəyini bildirərək, yarışın təşkilatçılarına təşəkkürlərini ifadə ediblər.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

13 İyul 2026
01:55

Azərbaycanın U-20 millisi Skopyedə tarixinin ən yaxşı nəticəsini qazandı

01:43

İngiltərə millisi Argentina ilə matçda rekordunu yeniləyə bilər - Tarixi şans

00:48

"Real Madrid"li ulduzlardan dünya çempionatında ağlasığmaz rekord

12 İyul 2026
23:53

İngiltərə nəhəngi onun üçün 100 milyon avro ödəyəcək?

22:44

Azərbaycan güləşçisi Avropa çempionu olub

22:19

Azərbaycanın çimərlik voleybolçuları bürünc medal qazanıblar

21:52

Azərbaycanın qızlardan ibarət basketbol millisi İsveçrəyə məğlub olub

21:27

İstanbul nəhəngi Can Uzun üçün dövrəyə girdi

20:51

"Fənərbağça"ya fransalı hücumçu təklif olundu

20:23

Ulduz oyunçu 50 milyona satılır

19:47

Ərəblərdən Kerem Aktürkoğlu üçün nəhəng təklif

19:12

"Beşiktaş" Oğuz Aydın üçün hərəkətə keçdi

18:44

Corc Qardi yenidən iş başında: Dani Olmo "Qalatasaray"a doğru

18:19

Ruslan Lunyov növbəti dəfə qızıl medal qazanıb

17:54

Ata Holand "partladı": "Bellinqem və hakim..."

17:12

"Çelsi"nin cinah hücumçusu Portuqaliya klubunda - RƏSMİ

16:55

Messidən daha bir rekord

16:12

Azərbaycan millilərinin Bakıda keçiriləcək DÇ üçün ilkin heyəti bilindi

15:44

Azərbaycan idmançısı qızıl medal qazandı

15:22

"Qarabağ"dan ayrıldı, sabiq "Neftçi"li ilə komanda yoldaşı olacaq

14:48

Skaloni İsveçrə üzərində qələbəni belə dəyərləndirdi

14:11

Murat Yakın: "Emboloya ikinci sarı vərəqənin göstərilməsinin səbəbini anlamıram"

13:44

"Yenilgiyə görə çox üzgünəm, amma..." - Norveç yığmasının baş məşqçisi

13:04

Tomas Tuxel: "Bu gün bir qədər də bəxtimiz gətirdi"

12:42

Bakıda IBA Çempionlar Gecəsi keçirilib - FOTOLAR

12:26

Messi DÇ-lər tarixində bunu bacaran ilk oyunçudur

11:52

"Qarabağ" milli üzvünün transferini yekunlaşdırmaq üzrədir

11:13

Argentina - İsveçrə duelində cənubi amerikalıların forvardı fərqləndirildi

10:50

DÇ-2026: Yarımfinal cütləri müəyyənləşdi

10:12

DÇ-2026: Son yarımfinalçı Argentina oldu

09:43

DÇ-2026-da 3 matça çıxan futbolçu müəmmalı şəkildə həyatını itirdi

09:00

Norveç - İngiltərə matçının ən yaxşı futbolçusu bəllidir

03:46

DÇ-2026: Norveçi məğlub edən İngiltərə millisi yarımfinalda!

11 İyul 2026
23:32

"Qalatasaray" dünya nəhənginin 3 ulduzunu birdən gətirir

22:45

Matteo Morandi tərəfindən ustad dərsi keçirilib

22:12

Avropa çempionatı: Azərbaycanın qadın basketbolçuları Rumıniyanı məğlub edib

21:41

Həkimlərin xəbərdarlığına baxmayaraq, Kristian Eriksen meydana qayıdır

21:14

Ferran Torres PSJ yolunda

20:47

Edersonun transferi ləğv olundu

20:07

"Barselona"dan 100 milyonluq transfer əməliyyatı

Facebookdan bizi izləməyi unutmayın.
X