
"Real Madrid"in prezidenti vəzifəsinə namizəd olan iş adamı Enrike Rikelme portuqaliyalı mütəxəssis Joze Mourinyunun "kral klubu"nun baş məşqçisi vəzifəsinə qayıtmasına qarşı çıxıb.
Fanat.Az xəbər verir ki, ABC Rikelmenin sözlərini sitat gətirib:
"Mourinyu əla məşqçidir. Amma "Real Madrid" yalnız müvəqqəti bir həll yolu üçün deyil, uzunmüddətli perspektiv üçün çalışmalıdır. Biz uzunmüddətli bir layihə vasitəsilə kursumuzu dəyişməliyik".
Xatırladaq ki, Madrid nəhəngi 2025/2026 mövsümündə iki məşqçinin xidmətindən yararlanıb. Xabi Alonso baş məşqçisi vəzifəsindən istefa verdikdən sonra digər ispaniyalı Alvaro Arbeloa ilə anlaşan İspaniya nəhəngi mövsümü onun rəhbərliyi altında başa vurub. Bununla belə, uğursuz olan Arbeloa ilə yollar ayrılıb.
Mirağa