
"Şamaxı"nın yarımmüdafiəçisi Edqar Adilxanovun yeni mövsümə harada başlayacağı bəlli olub.
Bu barədə Fanat.Az-a klubun sözçüsü Yusif Hüseynli məlumat verib.
O, 20 yaşlı orta xətt oyunçusunun komandada qalacağını bildirib.
Sözügedən futbolçunun "Şamaxı" ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Adilxanov geridə qalan mövsümdə Misli Premyer Luqasında 26 oyuna çıxaraq 2 qol vurub. O, Bizon Azərbaycan Kubokunda da 2 matçda oynamaq şansı qazanıb.
Nihat