
Fransanın "Lill" klubu yeni baş məşqçi ilə anlaşıb.
Fanat.Az xəbər verir ki, məlumatı Liqa 1 təmsilçinin mətbuat xidməti yayıb.
Davide Ançelotti komandanın baş məşqçisi təyin olunub. 36 yaşlı italiyalı ilə müqavilə iki illikdir.
Davide Ançelotti uzun müddət atasının məşqçilər heyətində yer alıb. O, Karlo Ançelotti ilə birlikdə PSJ, "Bayern Münhen", "Napoli", "Everton", "Real Madrid" klublarında və Braziliya millisində çalışıb. O, hazırda "sambaçılar"da köməkçi məqşçidir, çalışır, lakin "Lill"ə keçid onun üçün müstəqil bir çağırışa çevriləcək. Baxmayaraq ki, Fransadakı təyinatından əvvəl Davide Ançelotti artıq baş məşqçi kimi özünü sınayıb. 2025-ci ildə o, bir neçə ay Braziliya "Botafoqo"suna rəhbərlik edib.
Qeyd edək ki, "Lill" 2025/26 mövsümünü Liqa 1-də üçüncü yerdə başa vurub və Çempionlar Liqasına vəsiqə qazanıb. Fransa liqasının yeni mövsümü avqust ayında başlayacaq.
Mirağa