
Azərbaycanın minifutbol millisi Slovakiyada keçirilən Avropa çempionatında bu gün yarımfinal oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, Bratislavada baş tutacaq matçda Elşad Quliyevin baş məşqçisi olduğu komanda Serbiya ilə üz-üzə gələcək.
"Tipos Arena"da baş tutacaq görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
Bu gün keçiriləcək digər 1/2 final oyununda isə Macarıstan Ukrayna ilə münasibətlərinə aydınlıq gətirəcək. Sözügedən görüş 21:15-də başlayacaq.
Xatırladaq ki, Azərbaycan millisi 1/8 finalda Qazaxıstan yığmasından (3:2), 1/4-də isə Çexiyadan (5:2) güclü olub. Komandamız F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub edib.
AÇ-2026
1/2 final
3 iyun
22.45. Serbiya - Azərbaycan
Bratislava. "Tipos Arena".